İrəvan Xocalı yürüşünə gələn rus deputatdan qisas aldı

İrəvan Xocalı yürüşünə gələn rus deputatdan qisas aldı

Ermənistanın İrəvan şəhər meriyasının Ağsaqqallar Şurası İrina Rodnina adına fiqurlu konkisürmə məktəbinin adınının dəyişdirilməsinə səs verib.

Bu barədə TASS məlumat yayıb.

"Luys" fraksiyasının Rodnina adına fiqurlu konkisürmə məktəbinin adının dəyişdirilməsi ilə bağlı təklifi qəbul olundu", - səsvermədən sonra İrəvan meri Ayk Marutyan bildirib.

Bundan sonra obyekt İrəvan fiqurlu konkisürmə və hokkey idman məktəbi adlanacaq.

"Luys" fraksiyasının nümayəndəsi qeyd edib ki, İ.Rodnina Bakıda antiermənistan çıxışları edib.

Daha əvvəl ermənistanlı deputatlar məktəbə İrina Rodninanın adının verilməsi ilə bağlı 2015-ci ildə qəbul edilmiş qərarın dəyişdirilməsi və məktəbin adının dəyişdirilməsi məqsədilə irəvan Ağsaqqallar Şurasına müraciət etməyi təklif ediblər.

Buna Olimpiya çempionunun Bakıya səfəri və Xocalı faciəsinin ildönümü ilə əlaqədar yürüşdə iştirak etməsi səbəb olub.

Daha əvvəl Rusiya Dövlət Dumasının Beynəlxalq işlər komitəsinin sədr müavini İ.Rodnina çıxışında bildirib ki, Rusiyada Xocalı faciəsi haqqında daha çox şey bilməlidirlər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Siyasət xəbərləri
Olaylar.az digər xəbərlər