İrəvanda NATO həftəsi, Azərbaycanda genişmiqyaslı hərbi təlimlər başlayır...

Martın 11-də İrəvanda NATO həftəsi, Azərbaycanda genişmiqyaslı hərbi təlim başlayır.Təsadüfdürmü?
Son illərdə yaranmış ənənəyə görə, Ermənistanda NATO həftəsi keçiriləcək. Alyansın həftəsi martın 11-dən 18-nə kimi davam edəcək.
Həftə çərçivəsində NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay İrəvana gələcək.
Səfər zamanı mətbuat konfransı və mühazirə planlaşdırılır.
NATO həftəsi Xarici İşlər Nazirliyi, Ermənistan Müdafiə Nazirliyi və Alyans üzv ölkələrin səfirlikləri ilə sıx əməkdaşlıqda keçiriləcək.
İrəvanda NATO həftəsi başlayanda Azərbaycan ordusi həmin gün-martın 11-də genişmiqyaslı hərbi təlimlərə başlayır. Təlimlər 5 gün davam edəcək. Cənubi Qafqaz uğrunda beynəlxalq güc mərkəzlərinin qlobal qarşıdurmasının gərgin vaxtında bir tərəfdə NATO tədbirinin, əks tərəfdə genişmiqyaslı hərbi təlimlərin keçirilməsi təsadüfdür, yoxsa iki stulda əyləşən Ermənistana cavab tədbiri? Əgər cavabdırsa o bizim yox, Rusiyanın bizim əlimizlə verdiyi cavab sayılacaq. Hər halda bizim NATO ilə üz-üzə durmağa bütün müstəvilərdə heç bir imkanımız və arzumuz yoxdur. Bizim təlimlər vasitəsilə kimsə cavab verməyi düşünürsə və bu cavab yalnız təlimlə yekunlaşacaqsa, fakt bizim əleyhimizə işləyə bilər. Yox, “məşqdən sonra oyun” başlaycaqsa.., yaxşı olar.
Hər halda NATO həftəsi daha çox Rusiyanın hədəfindədir və cavab verəcəksə, bu NATO-ya yox, Ermənistana verilməlidir. Hansı yolla.., maraqlıdır. Hər halda çalışmaq lazımdır ki, “yolçunun işi rast düşsün”.