İş yerində daha bir bədbəxt hadisə

İş yerində daha bir bədbəxt hadisə

Bir binadan digərinə keçmək istəyən şəxs yıxılaraq ağır xəsarət alıb

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 26 aprel — Sputnik. Paytaxtın Nəsimi rayonu ərazisində iş yerində bədbəxt hadisə baş verib.

Mediada yayılan məlumata görə, hadisə Səməd Vurğun, Ş.Əzizbəyov və Mərdanov qardaşları küçəsinin kəsişməsində inşa olunan çoxmərtəbəli binada fəhlə işləyən 1957-ci il təvəllüdlü Rəsulov Firudin Misir oğlu olduğu binadan üzbəüz ərazidə yerləşən binaya keçmək istəyərkən yıxılıb.

3-cü mərtəbədən yıxılan şəxs dərhal 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. KTM-dən Sputnik Azərbaycan-a verilən məlumatda qeyd olunur ki, həmin şəxsin hazırda reanimasiyada qalmaqda davam edir, vəziyyəti ağırdır.

Fəhlənin həyatına ciddi təhlükə var.

Açar sözlər
Rəsulov Firudin , Azərbaycan , Nəsimi , Xəsarət
Hadisə xəbərləri
Sputnik.az digər xəbərlər