İşçi Qrupu yaradıldı - Qaz və işıq problemlərinin həlli ilə bağlı

İşçi Qrupu yaradıldı - Qaz və işıq problemlərinin həlli ilə bağlı

Vətəndaşların qaz və elektrik enerjisi təchizatı üzrə şikayətlərinin araşdırılması və problemlərin operativ həlli ilə bağlı Energetika Nazirliyində "Azəriqaz” İB, "Azərişıq” ASC, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb.


Energetika Nazirliyindən Unikal.org-a verilən məlumata görə, nazir Pərviz Şahbazov əhalidən daxil olan müraciətlərin və qaldırılan məsələlərin həllinin nazirliyin nəzarətində olduğunu, bu istiqamətdə ümumi fəaliyyətin gücləndirilməsinin zəruriliyini bildirib. Nazirin müvafiq əmri ilə təxirəsalınmaz tədbirlərin görülməsi məqsədi ilə energetika nazirinin müavini Elnur Soltanovun rəhbərliyi ilə "Azəriqaz” İB, "Azərişıq” ASC, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin və nazirliyin struktur bölmələrinin nümayəndələrindən ibarət İşçi Qrupu yaradılıb.


Həmçinin vətəndaş şikayətlərinin təmin edilməsi ilə yanaşı, müvafiq müraciətlər üzrə təhlillərin və yerlərdə araşdırmaların aparılması, kompleks yanaşma əsasında problemi şərtləndirən amillərin aşkarlanması və tədbir görülməsi ilə bağlı tapşırıqlar verilib.



Açar sözlər
Pərviz Şahbazov , Elnur Soltanov
İqtisadiyyat xəbərləri
Panorama.az digər xəbərlər
Problemli krediti olan şəxslərə kompensasiya BU TARİXDƏN ÖDƏNİLƏCƏK

Problemli krediti olan şəxslərə kompensasiya BU TARİXDƏN ÖDƏNİLƏCƏK

19-04-2019 19:53 - Panorama.az - İqtisadiyyat
Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanının icrası olaraq fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə kompensasiyaların verilməsi ilə bağlı hazırlıq işləri başa çatdırılıb.
 
 
 Maliyyə Bazarlarına Nəzarət Palatasından Trend-ə verilən məlumata görə, palata kompensasiya ödənişinin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edərək, hər bir kredit təşkilatı və ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Maliyyə Nazirliyinə və Mərkəzi Banka təqdim edib.
 
 
 Maliyyə Bazarlarına Nəzarət Palatasından təqdim edilmiş siyahıya uyğun olaraq Maliyyə Nazirliyi tərəfindən müvafiq vəsaitlərin kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla), ləğvetmə prosesində olan bankların və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, bank olmayan kredit təşkilatlarının, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarının isə poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülməsinə 19 aprel 2019-cu il tarixindən başlanılıb.
 
 
 Kompensasiya alacaq şəxslərin sayı 602.347 nəfər təşkil edir.