"İşğal ərəfəsində gözlənilməz hadisələr baş verirdi, artıq hiss olunurdu ki..." - VİDEO

"İşğal ərəfəsində gözlənilməz hadisələr baş verirdi, artıq hiss olunurdu ki..."  - VİDEO

Əməkdar jurnalist Mübariz Əgərovun müəllifi olduğu “Şuşanın dağları qara dumanlı” filmi təqdim olunub. M.Əsgərov Moderator.az-a açıqlamasında ərsəyə gətirdiyi film haqqında danışıb:


“Filmin iki gün öncə təqdimatı oldu. Təqdimatda ölkənin həm tanınmış şəxsləri, həm də media nümayəndələri iştirak etdilər. Dünən də bir neçə telekanallarımızda da film nümayiş olundu. Film Şuşanın işğal olunmasının son bir ili haqqındadır. Burda əsas hadisələr Şuşanın sonuncu icra başçısı Mikayıl Gözəlovun qətlə yetirilməsi haqqındadır. Onlar işğaldan bir müddət əvvəl Şuşada baş verən faciəvi hadisələr idi. Orda o qədər gözlənilməz hadisələr baş verirdi ki, artıq hiss olunurdu ki, burda daha faciəvi hadisələr baş verəcək. Faciəvi hadisə isə o oldu ki, Şuşa işğal olundu. Rəhbərlər tez-tez qətlə yetirilirdi. Bir-birinə tabe olmayan çoxlu silahlı dəstələr var idi. Ermənilər tərəfindən Şuşada əks-təbliğat gedirdi. Ordakı şahidlərin dediyinə görə Bakı lazımi dəstəyi göstərmirdi. Hər bir vətəndaşımızın filmə baxmasını məsləhət görürəm”.


Vasif Əlihüseyn


Mədəniyyət xəbərləri
Moderator.az digər xəbərlər