İŞİD-ə qarşı keçirilən əməliyyatda 1600 dinc sakin həlak olub - HESABAT

Ordu.az xəbər verir ki, bu barədə Beynəlxalq Əfv Təşkilatı hesabat yayıb.
Hesabatda ABŞ rəhbərliyi altındakı koalisiya qüvvələrinin Rəqqa şəhərinə 2017-ci ildə dörd ay ərzində etdiyi hava hücumları nəticəsində 1600 mülki vətəndaşın həyatını itirdiyi açıqlanıb.
Hesabatına görə, kifayət qədər müşahidə olmaması və köhnə silahların istifadəsi mülki vətəndaş ölümlərini artırıb.
Ağalar Ağalarlı