İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İlham Əliyevlə danışıqlarda

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İlham Əliyevlə danışıqlarda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymini qəbul edib.

AzərTAc xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymi V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini qeyd edərək “Bakı prosesi”nin artıq təsisatlanmış bir mexanizmə çevrildiyini söyləyib. Bu gün Azərbaycanın nəqliyyat qovşağı olmaqla yanaşı, dialoq və əməkdaşlığın da qovşağına çevrildiyini qeyd edən Yusif bin Əhməd Əl-Osaymin Azərbaycanı dinc birgə yaşayışın rəmzi kimi xarakterizə edib.

İslam Əməkdaşlıq Təşkilatının Baş katibinə Forumda iştirakına görə təşəkkürünü bildirən Prezident İlham Əliyev qonağın Forumun açılış mərasimində söylədiyi fikirlərin əhəmiyyətini vurğulayıb. Dövlətimizin başçısı “Bakı prosesi”nin mühüm beynəlxalq platforma olduğunu deyib. Bu prosesin 10 ildən artıq davam etdiyini və bu gün dünyada mədəniyyətlərarası əlaqələrin və dinlərarası əməkdaşlığın qurulmasında ən səmərəli mexanizmlərdən biri kimi tanındığını diqqətə çatdırıb.

Görüşdə İslam dünyasında birliyin və həmrəyliyin vacibliyi qeyd olunub və Azərbaycanın bu istiqamətdə gördüyü işlər təqdir edilib, İslam Əməkdaşlıq Təşkilatının gündəliyində duran məsələlərə dair fikir mübadiləsi aparılıb.

Açar sözlər
Ilham Əliyev , Islam Əməkdaşlıq Təşkilatı , Azərbaycanın Nəqliyyat Qovşağı , Bakı , Azərbaycan Respublikası
Siyasət xəbərləri
Virtualaz.org digər xəbərlər