İslamda hamiləliyin qarşısını almaq şərti

İslamda hamiləliyin qarşısını almaq şərti

İslam dini ailədəki uşaqların sayını tənzimləməyi valideynlərin ixtiyarına buraxır. Hamiləliyin qarşısını almaq üçün hər hansı fiziki və ya tibbi vasitədən istifadə etmək icazəlidir. 

İstər bu, prezervativ, istər hamiləlik əleyhinə həblər, istərsə də digər fiziki vasitələr olsun. Lakin burada iki şərtə riayət etmək lazımdır.

Birinci şərt budur ki, hamiləliyin qarşısını alan vasitə qadının və ya kişinin həmişəlik sonsuz olmasına gətirib çıxarmamalıdır. Dinimizdə özünü qəsdən sonsuz etmək və övladdan imtina etmək qadağandır. İkincisi, qadın bu vasitələrdən istifadə edirsə, ərindən icazə almalıdır.

İslam.az

 

Yenisabah.az
Siyasət xəbərləri
Yenisabah.az digər xəbərlər