İsmayıllıda Azərbaycan - Özbəkistan Dostluq Parkı açılıb

İsmayıllıda Azərbaycan - Özbəkistan Dostluq Parkı açılıb

Bildiyimiz kimi Özbəkistandakı Azərbaycan Səfirliyi və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə layihəsi ilə Azərbaycanın İsmayıllı rayonu ilə Özbəkistanın Fərqanə Vilayətinin Riştan rayonu arasında qardaşlaşma haqqında saziş imzalanıb.

Cari ilin 21-25 aprel tarixlərində isə Özbəkistanın Riştan rayon hakimiyyətinin, habelə Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərlərinin Azərbaycanın İsmayıllı rayonuna səfəri baş tutub.

Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə səfərin əsas məqsədi tanışlıq, ikitərəfli əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsi, birgə layihələrin reallaşdırılması məsələləridir.

Səfər çərçivəsində Nümayəndə heyəti ilə İsmayıllı rayon İcra Hakimiyyətində görüş keçirilmiş, Özbəkistan mümayəndə heyəti şəhər merinin binasında yüksək qonaqpərvərliklə qəbul edilmiş, məktəbli şagirdlərin müşaiyəti ilə hər iki ölkənin bayraqları, xalqlarımızın qardaşlığı haqqında plakatlar, gül-çiçəklə qarşılanmışlar.

Qonaqları rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov qəbul etmiş, görüşdə Azərbaycan-Özbəkistan xalqları arasında tarixi dostluq əlaqələri, dövlətlər arasında yüksək səviyyəli münasibətlər haqqında danışılmış, tarixdə ilk dəfə olaraq Azərbaycanın İsmayıllı rayonu ilə Özbəkistanın Riştan rayonu arasında qardaşlaşma haqqında sazişin imzalandığı qeyd olunub. Görüş zamanı sözügedən rayonlar arasında gələcək əməkdaşlıq müzakirə edilib. Daha sonra tərəflər gələcək əməkdaşlığa dair niyyət protokolu imzalayıblar. İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqova Özbək milli geyimi çapan hədiyyə olunub. Tərəflər qarşılıqlı olaraq bir-birilərinə milli mədəniyyətə aid xatirə hədiyələri bağışlayıblar.

Qeyd edək ki, səfər zamanı Özbəkistan nümayəndə heyətinin iştirakı ilə İsmayıllı şəhərinin Mərkəzində tarixi qala divarlarının yaxınlığında Azərbaycan - Özbəkistan Dostluq Parkının açılışı olub. Özbəkistan nümayəndə heyətinin üzvləri Dostluq parkına rəmzi olaraq ağaclar əkiblər.

Səfər zamanı nümayəndə heyəti İsmayıllının tarixi, mədəniyyəti, turizm imkanları tanış olmuş, misgərlik-əl işləri ilə məşhur olan Lahıc kəndini, Azərbaycanda ipəkçiliyin mərkəzi sayılan Basqal kəndini, habelə molokanların yaşadığı və Azərbaycan dövlətinin tolerantlığını nümayiş etdirən İvanovka qəsəbəsini ziyarət etmişlər. Qonaqlar İsmayıllı Xalça fabriki, rayondakı velosiped istehsalı zavodu, İsmayıllı şərab müəssisəsi, Hacıhətəmli və Talıstan turizm kompleksləri ilə də tanış olmuşlar.

Qeyd edək ki, Özbəkistan mümayəndə heyətinin tərkibində Nazirlər Kabinetinin yanında Xarici ölkələrlə dostluq əlaqələri, millətlərarası münasibətlər üzrə komitənin İdarə rəisi Feruz Bekov, Özbəkistan - Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetin kafedra müdiri, professor Erkin Nuriddinov, Riştan rayon hakimi (mer) Tavakalcon Raximov, Fərqanə Vilayət hakiminin mətbuat xidmətinin və Mətbuat Mərkəzinin rəhbəri Abdusalam Siddikov, Riştan rayon hakiminin investisiya, inovasiya və turizmin inkişafı üzrə müavini İslam Madaminov və başqa şəxslər iştirak ediblər.

Səfər zamanı Özbəkistanın əldə etdiyi nailiyyətlər, ölkədə son zamanlar həyata keçirilən islahatlara dair dəyirmi stol və təqdimat mərasimi keçirilib. Qeyd edilən mövzuda Özbəkistan - Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetin kafedra müdiri, professor Erkin Nuriddinov, Fərqanə Vilayət hakiminin mətbuat ataşesi, Mətbuat Mərkəzinin rəhbəri Abdusalam Siddikov məruzə ilə çıxış ediblər.

Azərbaycanın Beynəlxalq Muğam Festivalı çərçivəsində regionlarda keçirilən seçmə muğam müsabiqəsinin bir günü İsmayıllıda keçirilmiş, fəxri qonaqlar kimi Özbəkistan mümayəndə heyəti də tədbirdə iştirak etmişdir.

Azərbaycan Dövlət televiziyası ilə canlı yayımlanan verilişdə tanınmış özbək makom ustası, xanəndələr Davron Kadırovun, Beqali Abduvaliyevin çıxışları maraqla və alqışlarla qarşılanıb.

İsmayıllı şəhər Mədəniyyət sarayında Riştan şəhərindən gətirilən əl işləri-kermamika məhsullarının sərgisinin də açılışı olub.

Siyasət xəbərləri
Məhkəmə-hüquq sistemində islahatlar dərinləşdirilir - Fərman

Məhkəmə-hüquq sistemində islahatlar dərinləşdirilir - Fərman

26-04-2019 15:10 - Femida.az - Siyasət
Ali Məhkəməyə və Məhkəmə-Hüquq Şurasına tövsiyə edilir və Ədliyyə Nazirliyinə tapşırılır ki, aşağıdakı məsələlərə dair normativ hüquqi aktların layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Prezidentinə təqdim etsinlər:- sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmənin yaradılması;- məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə Ali Məhkəmənin vahid məhkəmə təcrübəsi formalaşdırmaq vəzifəsinin və həmin vəzifənin icra olunması mexanizminin təsbit edilməsi;- hakimlərin müstəqilliyini təmin etmək məqsədilə məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsi və belə müdaxiləyə görə məsuliyyətin artırılması;- hakimlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların maddi təminatının əhəmiyyətli dərəcədə artırılması;- məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumunun dərəcələrinin verilən iddiaların qiymətinə müvafiq olaraq diferensiasiya edilməsi;- məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumunun müəyyən hissəsinin məhkəmə aparatları işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə və məhkəmələrin maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəldilməsi;- məhkəmə icraatının obyektivliyini daha dolğun şəkildə təmin etmək üçün bütün məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılması və protokolun məhkəmə iclasının audioyazısına uyğun tərtibi tələbinin müəyyən edilməsi;- mülki işlər, habelə inzibati xətalara, iqtisadi və inzibati mübahisələrə dair işlər üzrə məhkəmə ekspertizasının keçirilməsi və ekspert rəyinin verilməsi müddətlərinin dəqiqləşdirilməsi, məhkəmə prosesi tərəflərinin ekspertiza təyin edilməsi ilə bağlı hüquqlarının genişləndirilməsi.
Olaylar.az digər xəbərlər