İsmayıllıda meşədə narkotik becərən şəxslər saxlanılıb

İsmayıllıda meşədə narkotik becərən şəxslər saxlanılıb

İsmayıllı rayonunda meşədə narkotik becərən şəxslər saxlanılıb.

Dərc edilib: Bu gün, 10:22

İsmayıllıda meşədə narkotik becərən şəxslər saxlanılıb

İsmayıllı rayonunda meşədə narkotik becərən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan "İnterPress.Az"a bildirilib ki, İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının əldə etdikləri məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Əhən kəndindəki meşəlik ərazidə ayrı-ayrı plastik qablarda aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 45 ədəd çətənə bitkisi aşkar edilib.

Davam etdirilən tədbirlər nəticəsində həmin narkotik tərkibli bitkiləri becərən şəxslərin rayonun Ərəgit kənd sakinləri 24 yaşlı Hüseyn Quliyev və 23 yaşlı Elxan Hüseynov olduğu müəyyən edilib.

Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

Faktla bağlı araşdırma aparılır.

İnterPress.Az

Baxış sayı: 161

Hadisə xəbərləri
“Yol Nişan” şirkətinin direktoru yol nişanlarını oğurladığına görə saxlanıldı

“Yol Nişan” şirkətinin direktoru yol nişanlarını oğurladığına görə saxlanıldı

09-05-2019 20:59 - 7news.az - Hadisə
Aprelin 28-nə keçən gecə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun hər iki istiqamətində quraşdırılmış yol nişanlarının oğurlanması barədə Baş Dövlət Yol Polisi İdarəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən 7NEWS.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla qeyd olunan avtomobil yolunun 26-101-ci kilometrliyində - Şamaxı və əks istiqamətlərdə nəqliyyat vasitələrinin təhlükəsiz və nizamlı hərəkətini təmin etmək, habelə yol hərəkəti iştirakçılarını məlumatlandırmaq məqsədilə quraşdırılmış 59 ədəd yol nişanları və göstəricilərinin gizli yolla talandığı məlum olub.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Baş İstintaq və Təhqiqat İdarəsi və Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının birgə keçirdikləri istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, "Yol Nişan” MMC-nin direktoruŞamxal QurbanovtanışlarıBəxtiyar Umudov, Elşad MənəfovvəElgün Salahovlaqabaqcadan əlbir olaraq aprelin 27-dən 28-nə keçən gecə sözügedən magistral yolun qeyd olunan hissəsində quraşdırılmış yol nişanları və göstəricilərini oğurlayaraq "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə, ümumilikdə, 6,4 min manata yaxın maddi ziyan vurublar.

Mayın 8-də adları çəkilən şəxslər polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulub, oğurlanmış yol nişanları və göstəricilər aşkar olunaraq maddi sübut kimi götürülüb.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Interpress.az digər xəbərlər