İsmayıllıda narkotik alverçiləri saxlanılıb

İsmayıllıda narkotik alverçiləri saxlanılıb

İsmayıllıda narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb.

Belə ki, DİN Mətbuat Xidmətinin Şəki regional qrupundanverilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri uğurlu- əməliyyat -axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər ifşa edilib.

Daxil olan məlumat əsasında rayonun Mücühəftəran kənd sakini Kamil Nəcəfov polislər tərəfindən saxlanılıb. Onun üzərinə şəxsi axtarış keçirilən zaman 7 ədəd kibrit qutusunda ümumi çəkisi 20,52 qram qurudulmuş marixuana aşkar edilib. İlkin araşdırma zamanı K.Nəcəfovun həmin narkotik vasitəni İsmayıllı rayonu Xanagah kənd sakini, əvvəllər məhkum edilmiş Nəbi Əhmədovdan 130 manata aldığı və şəhər sakini, əvvəllər məhkum edilmiş Seymur Əhmədova satmaq istədiyi məlum olub. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər də şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. S.Əhmədovun üzərindən 5,31 qram qurudulmuş marixuana, N.Əhmədovdan isə K.Nəcəfova satdığı narkotik vasitədən əldə etdiyi pulun bir hissəsi aşkar edilib. Bundan başqa Kamil Nəcəfovun Mücühəftəran kəndində yerləşən evinə baxış keçirilən zaman oradan 1 kq 100 qrama yaxın narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Açar sözlər
Kamil Nəcəfov , Nəbi Əhmədov , Seymur Əhmədov , Ismayıllı Rayon Polis Şöbəsi , Ismayıllı , Nəcəf , Şəki
Hadisə xəbərləri
Ermənilər Tərtərdə 2 körpü dağıdıb

Ermənilər Tərtərdə 2 körpü dağıdıb

20-04-2019 15:06 - Baku.ws - Hadisə
Aprelin 2-dən 5-dək cəbhə xəttində erməni silahlı birləşmələrinin törətdiyi təxribat nəticəsində Tərtər rayonunun kommunikasiya xətlərinə ciddi ziyan dəyib. Bu barədə Trend-ə açıqlamasında Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məlumat verib. İcra başçısı bildirib ki, erməni silahlı birləşmələrinin rayonun cəbhəboyu ərazilərini ağır artilleriyalardan atəşə tutması nəticəsində 2350 metr beton üzlüklü kanal, 4 kilometr torpaq kanalı, 12 ədəd hidrotexniki qurğu, 2 ədəd körpü, 2 kilometr elektrik xətti, 1 ədəd transformator, 2 kilometr kanalüstü istismar yolu sıradan çıxmış, R-7 və R-8 kanallarının yanındakı idarə binaları dağılıb: "Rayonun Qapanlı kəndində 3, Borsunlu kəndində 2, Qaradağlı kəndində 3, ümumillikdə 8 ədəd transformator, 35 kv Dəmirçilər kəndində hava xəttində 3 km, 35 kv İsmayılbəyli hava xəttində 1,8 km, Qapanlı, Qaradağlı, Hüsənli, Şıxarx, Azad Qaraqoyunlu, Borsunlu və Qaraağacı kəndlərində ümummillikdə 16 km naqil, 3 km kabel, Qapanlı kəndində 24, Qaradağlı kəndində 17, Hüsənli kəndində 8, Şıxarx qəsəbəsində 14, Azad Qaraqoyunlu kəndində 4, Borsunlu kəndində 10, Qaraağacı kəndində 12, 1 saylı Hüsənli, 3 saylı Azad Qaraqoyunlu, 3 saylı Borsunlu, 6 saylı Şıxarx, 10 saylı Qaradağlı hava xətlərində ümumillikdə 137 ədəd dayaq, 137 ədəd traves, 288 ədəd izalyator və 49 ədəd sayğac döyüşlər gedən zaman yararsız hala düşüb.
Moderator.az digər xəbərlər