İspaniyada 1,2 milyondan çox seçici vaxtından əvvəl səs verib

İspaniyada 1,2 milyondan çox seçici vaxtından əvvəl səs verib

İspaniyada aprelin 28-də keçiriləcək növbədənkənar parlament seçkiləri ərəfəsində bayram münasibətilə ölkəni tərk etməyə hazırlaşan 1,2 milyondan çox seçici vaxtından əvvəl səs verib. Bu rəqəm ispan demokratiyasının 40 illik tarixində ikinci böyük göstəricidir.

Metbuat.az xəbər verir ki, İspaniya Mərkəzi Seçki Komissiyasının qərarına görə, aprelin 26-da yerli vaxtla saat 14:00-dək poçt şöbələri seçki bülletenləri olan zərfləri qəbul edib. Dövlət Poçt Xidməti poçt logistika şəbəkəsinin əlaqələndirilməsi üçün maksimum səy göstərib, bütün xidmət məntəqələrində yığılan bülletenlərin aprelin 28-dək müvafiq seçki məntəqəsinə çatdırılması üçün tədbirlər görüb.

Səslərin sayılmasından sonra səsverməyə dair aktın surəti seçiciyə təqdim ediləcək.

Qeyd edək ki, aprelin 28-də keçiriləcək növbədənkənar parlament seçkilərində ölkənin beş əsas partiyası – PSOE (Sosialist Fəhlə Partiyası), Podemos (sol partiya), PP (Xalq Partiyası), Giudadanos (liberal yönümlü Vətəndaş Partiyası) və Vox (Milli Mühafizəkar Partiya) iştirak edəcək. Seçkilərə qalib gələcək partiya hökuməti formalaşdıracaq.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Siyasət xəbərləri
Metbuat.az digər xəbərlər