"İsrail bəzi müsəlman sayılan ölkələr kimi silahını erməniyə deyil, bizə verirsə..."

"İsrail bəzi müsəlman sayılan ölkələr kimi silahını erməniyə deyil, bizə verirsə..."

İran prezidenti Həsən Ruhani növbəti dəfə ikibaşlı açıqlaması ilə qardaş Türkiyənin Afrin hərəkatını qınayıb və rəsmi Bakını qıcıqlandırcaq “bölgədə kimsə düşünürsə ki, İsrail İranın düşməni və digər ölkələrin dostudur, tamamilə səhv edir. İsrail bölgənin əsas düşmənidir və müsəlmanların əsas düşməni məhz sionistlərdir” atmacası ilə çıxış edib. Baxmayaraq ki, əslində strateji müttəfiqlik səviyyəsində olmamlı olduğumuz İsraillə məhz İran faktoruna qədər bu günədək doğru-dürüst diplomatik əlaqə qurmamışıq, rəsmi Tehran bunu qiymətləndirmək əvəzinə yenə də öz ampluasına sadiq qalaraq bulanıq suda balıq tutmaq mərəzindən əl çəkmədiyini ortaya qoyur.


Mövzunu ionkişaf etdirərək

Moderator.az-ın əməkdaşı millət vəkili Fazil Mustafaya aşağıdakı sualla müraciət edib:


"Azərbaycan seçim qarşısında qalmış olsa, işğalçı Ermənistana oksigen balışı rolu oynayan yaxın qonşusu İranı, yoxsa Amerikanın Yaxın Şərqdəki dirijor çubuğu İsraili seçməlidir?"


Fazil Mustafa da bu qənaətdədir ki, İran prezidentinin ritorikasına baxmayaraq İsraillə münasibətlərimizin inkişafı kiminsə əleyhinə deyil və kiminsə buna qarşı çıxmasının məntiqi izahı yoxdur:


"Bölgənin əsas düşməni Ermənistandır. Çünki bu dövlətin dinc yanaşı yaşamağa allergiyası var. Həm də yalnız müsəlmanllarla deyil, elə xristianlarla da düşməndirlər. Ermənistanla dost olan həm xristian, həm də müsəlman sayılan dövlətlər bizim üçün ya düşmən obrazındadırlar, ya da ən yumşaq halda dost deyillər. İsrailin bizimlə sərhədi yox, torpağımızı işğal etməyib, əleyhimizə də xüsusi fəaliyyəti yox, üstəlik də bəzi müsəlman sayılan ölkələr kimi silahını erməniyə deyil, bizə verir, niyə düşmən olaraq görməliyik? Sionistliyi özünə aid məsələdir, bizim dostluğu və düşmənçiliyi qiymətləndirmə meyarımız öz canımızın ağrısı ilə müəyyənləşir. Qardaşımız Türkiyədir, İsrail də dost ölkədir, Ermənistana münasibət baxımından bir sıra ərəb ölkələri, Orta Asiya dövlətləri və Pakistan da dost ölkələrdir.

Siyasət xəbərləri
Moderator.az digər xəbərlər
Yeni tikilmiş binalarda ev alanlara ŞAD XƏBƏR: Problemlərə SON

Yeni tikilmiş binalarda ev alanlara ŞAD XƏBƏR: Problemlərə SON

06-02-2018 13:01 - Moderator.az - İqtisadiyyat
Tikinti şirkəti mənzil mülkiyyətçilərinin podratçısı (işçisi) hesab olunacaq. Qanuna əsasən müqavilədə ayrı mərhələ və hissələr nəzərdə tutulmayıbsa, alış qiymətinin (muzdun) ödənilməsi tikintinin mərhələləri üzrə hissələrlə aşağıda göstərilən faizlərdən çox olmamaq şərti ilə aparıla bilər:- torpaq-qazma işlərinin başlanılmasından sonra - müqavilə məbləğinin 30 faizi;- tikilinin yan və daxili divarları, dam örtüyü hazır olduqdan sonra - müqavilə məbləğinin 10 faizi;- dam səthlərinin və navalçaların (novların) qurulması işləri başa çatdıqdan sonra - müqavilə məbləğinin 8 faizi;- istilik təchizatı sistemlərinin quraşdırılması başa çatdıqdan sonra - müqavilə məbləğinin 3 faizi;- su xətlərinin çəkilməsi başa çatdıqdan sonra - müqavilə məbləğinin 3 faizi;- elektrik xətlərinin çəkilməsi başa çatdıqdan sonra - müqavilə məbləğinin 3 faizi;- pəncərələrin quraşdırılması (şüşələrin taxılması da daxil olmaqla) başa çatdıqdan sonra - müqavilə məbləğinin 10 faizi;- daxili suvaq (malalama) işləri başa çatdıqdan sonra - müqavilə məbləğinin 6 faizi;- birdən artıq tərkib hissəsi olan binada birdən artıq tərkib hissəyə xidmət edən sahələrin döşəmələri hazır olduqdan sonra - müqavilə məbləğinin 3 faizi;- fasad işləri başa çatdıqdan sonra - müqavilə məbləğinin 10 faizi;- su anbarı da daxil olmaqla, binaya xidmət edən və binadan ayrıca inşa edilən obyektlərin tikintisi başa çatdıqdan sonra - müqavilə məbləğinin 9 faizi;- bina tam hazır olduqdan və onun istismarına icazə verildikdən sonra – müqavilə məbləğinin 5 faizi.