İsrail parlamentinin üzvləri hökuməti “erməni soyqırımı”nı tanımağa çağırdı

Knessetin bir neçə üzdəniraq üzvü İsrail hökumətini erməni soyqırımını tanımağa çağırıb.
Moderator.az xəbər verir ki, bu haqda “Yerusalem post” nəşri yazıb.
"İsrailin erməni xalqının “soyqırımı”nı rəsmən tanıması və Türkiyə tərəfindən ölkəmizə təzyiq göstərilməsinin qarşısını almağın vaxtı gəlib. Bizim “soyqırım”ı xatırlamaq və "bir daha heç vaxt" şüarını dəstəkləmək üçün mənəvi və tarixi məsuliyyətimiz var. Bu, hər bir xalq üçün doğru yoldur ", - deyə “Yesh Atid” partiyasının sədri, deputat Yair Lapid öz mikrobloqunda yazıb.
“Meretz” partiyasından olan digər ermənipərəst Knesset üzvü Mossi Raz isə belə yazıb: "Bu gün erməni xalqının soyqırımını xatırlayırıq. Onların üçdə biri türklər tərəfindən öldürülüb. İsrailin “erməni soyqırımı”nı rəsmən tanıması vaxtı çatıb..."
Sultan Laçın
Açar sözlər
Sultan Laçın
, Türkiyə
, Israil