İstanbulda bina uçub

İstanbulda bina uçub

Xəsarət alan yoxdur

Türkiyənin İstanbul şəhərinin Kağıthane bölgəsində inşaat işləri ilə əlaqədar qazılan çalada torpaq sürüşməsi baş verib.

NTV-yə istinadən xəbər verilir ki, nəticədə ətrafdakı dördmərtəbəli bina uçub.

Bununla yanaşı, avtomobil yolunun bir hissəsi çöküb, iki avtomobil dağıntılar altında qalıb. Xəsarət alan yoxdur.

Hadisə yerinə xilasedicilər cəlb edilib. İstanbul valiliyindən verilən məlumata görə, yaxınlığda təhlükədə olan daha 10 binanın sakinləri təxliyyə olunub.(Report.az)

Hadisə xəbərləri
Pia.az digər xəbərlər