İstanbulda keçirilən bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlandı

İstanbulda keçirilən bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlandı

Dünən Türkiyənin İstanbul şəhərində baş tutan bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlanıb.

“Anadolu” agentliyinin yaydığı məlumata görə, bu barədə Ali Seçki Qurumunun sədri Sadi Güvən açıqlama verib.

Onun sözlərinə görə, ümumilikdə 31 186 sandıqdan 31 102-si açılıb.

“84 sandıq etiraz səbəbindən araşdırılmaya yönləndirilib. Hazırkı nəticələrə görə, Cümhuriyyət Xalq Partiyasından olan namizəd Ekrem İmamoğlu 4 milyon 159 min 650, Ədalət və İnkişaf Partiyasından namizəd Binəli Yıldırım isə 4 milyon 131 min 761 səs toplayıb”, - S.Güvən bildirib.

Samir İsayev

Siyasət xəbərləri
“Format heç bir zaman dəyişməyəcək” Hikmət Şikarov

“Format heç bir zaman dəyişməyəcək” Hikmət Şikarov

01-04-2019 10:33 - Sia.az - Siyasət
SİA xəbər verir ki, bu fikirləri YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov Vyanada Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyevin keçirdikləri görüşlərinin nəticələrini şərh edərkən deyib.“Unutmaq olmaz ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən başqa, beynəlxalq münasibətlərdə gərginliyin artdığı, beynəlxalq hüquq norma və prinsiplərinin kobud şəkildə pozulduğu, beynəlxalq terrorizm təhlükəsinin artdığı, dövlətlərin daxili işlərinə müdaxilə edildiyi, qonşu regionlarda toqquşmaların davam etdiyi, yeni münaqişə ocaqlarının yarandığı, geosiyasi çətinliklər, eləcə də erməni lobbi dairələri və onları dəstəkləyən qüvvələrin Azərbaycana qarşı apardıqları dezinformasiya, təxribat kampaniyaları şəraitində müstəqil xarici siyasət həyata keçirir”, deyən Hikmət Şikarov əlavə edib ki, Ermənistan - Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə nizama salınması Ümummilli Lider Heydər Əliyevin xarici siyasət fəaliyyətində mühüm yer tutmuşdur: “Ulu Öndərin siyasi kursunu uğurla davam etdirərək Azərbaycan Prezidenti seçildiyi ilk gündən Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına xüsusi diqqət yetirən cənab İlham Əliyev bu məsələdə yalnız respublikamızın milli və dövlətçilik maraqlarını daim üstün tutduğunu nümayiş etdirmişdir.
Oxu.az digər xəbərlər