İsveçrədə AST Telmana 3 cinayət işi açıldı

İsveçrədə AST Telmana 3 cinayət işi açıldı

Telman İsmayılov İsveçrədə 3 iqtisadi cinayət törətməkdə şübhəli bilinir.

Axar.az xəbər verir ki, bu məlumatı “Kommersant” qəzeti özünün etibarlı mənbələrinə istinadən yayıb.

Məlumata görə, İsveçrədə İsmayılova qarşı artıq cinayət işi qaldırıb. Onun İsveçrədə borc sahibinin əmlakının həbs edilməsi ilə bağlı fırıldaqçılıqda, kreditorlara zərər vuraraq aktivlərin faktiki ixtisarı və aktivlərin çıxarılmasında ittiham edildiyi bildirilib. Bu maddələrə əsasən onu 3 ildən 5 ilə qədər həbs gözlədiyi qeyd edilib.

“Kommersant” Rusiyanın “BM bank”ının İsveçrə hüquq-mühafizə orqanlarına müraciət etdiyini, İsmayılovun borc olaraq əldə etdiyi, eləcə də kreditorlara qaytarmadığı bu vəsaitlərin İsveçrədə gizlədilə və ya onlardan bir hissəsinin bu ölkədə yuyula biləcəyini vurğuladığını bildirib.

Hadisə xəbərləri
Axar.az digər xəbərlər