İtaliya sahil mühafizə xidməti miqrantların axtarış-xilasetmə işlərini həyata keçirən gəminin fəaliyyətinə qadağa qoyub

İtaliya sahil mühafizə xidməti miqrantların axtarış-xilasetmə işlərini həyata keçirən gəminin fəaliyyətinə qadağa qoyub

Roma, 26 aprel, AZƏRTAC

İtaliyanın sahil mühafizə xidməti Aralıq dənizində miqrantların axtarış-xilasetmə işlərini həyata keçirən, qeyri-hökumət təşkilatına məxsus “Mare Jonio” gəmisinin fəaliyyətinə qadağa qoyub.

AZƏRTAC xəbər verir ki, bu qərar sahil mühafizə xidmətinin əməkdaşlarının “Mare Jonio”da yoxlama aparmasından sonra qəbul edilib. Qeyd edək ki, “Mare Jonio” İtaliya bayrağı altında üzən yeganə xilasetmə gəmisidir.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Açar sözlər
Asiman Əsədov , Italiya , Roma
Hadisə xəbərləri
Azertag.az digər xəbərlər