İtaliyanın xarici işlər naziri:"Avropa İttifaqı Liviyadan gözlənilən miqrant axınına hazır olmalıdır"


İtaliyanın xarici işlər naziri:"Avropa İttifaqı Liviyadan gözlənilən miqrant axınına hazır olmalıdır"

Son günlər Liviyadan böyük və qəfil miqrant axınlarının baş verəcəyini nəzərə alaraq tədbirlərin görülməsinə hazırlıqla bağlı Avropa Komissiyasına müraciət etmişəm.

Azərtac İtaliyanın “repubblica.it’ saytına istinadla xəbər verir ki, bu sözləri ölkənin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Enzo Moavero Milanesi BMT-nin Liviya üzrə xüsusi nümayəndəsi Qassan Salame ilə görüşündən sonra mətbuata açıqlamasında deyib.

İtaliyalı nazir qeyd edib ki, Şimali Afrika ölkəsində hərbi əməliyyatların güclənəcəyi təqdirdə minlərlə miqrantın Liviyadan İtaliyaya gələcəyi ilə bağlı bir sıra ehtimallar var.

Açar sözlər
Qassan Salam , Avropa Ittifaqı , Bmt , Avropa Komissiyası , Italiya , Milan
Siyasət xəbərləri
Strateq.az digər xəbərlər