İtkin düşən bacılar tapıldı - Gəncədə

İtkin düşən bacılar tapıldı -  Gəncədə

Gəncədə itkin düşən bacılar tapılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Metbuat.az-a verilən məlumata görə, aprelin 5-i səhər saatlarında Gəncə şəhər sakinləri, 14 yaşlı Pərvanə Nipalıyeva və bacısı 9 yaşlı Ceyran Nipalıyeva dərsə getmək adı ilə çıxaraq geri qayıtmayıb. Bundan narahat olan ailəsi onun tapılması üçün Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinə müraciət edib.

Polis əməkdaşlarının təxirəsalınmadan həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslərin 17 aprel tarixində şəhər ərazisində olduqları müəyyən edilib və onlar, ailəsinə təhvil veriliblər.

Faktla bağlı araşdırma aparılır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Açar sözlər
Daxili Işlər Nazirliyi , Gəncə Şəhər Baş Polis Idarəsinin Kəpəz Rayon Polis Idarəsi , Gəncə Xəbərləri Class , Gəncə
Hadisə xəbərləri
Metbuat.az digər xəbərlər