"Qala divarlarının sökülməsi barədə iradlar tam əsassızdır"
Metbuat.az xəbər verir ki, bu barədə “İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri Riad Qasımov öz şəxsi "Facebook" hesabında yazıb.
O, əraziyə söküntü işləri aparıldığı iddia edilən əraziyə baş çəkdiyini, belə halla rastlaşmadığını bildirib: "Daş-kərpicsiz, divardan aralıqda 10 ilə yaxın mövcud olan və nədənsə orada səhər yeməkləri yeyən zaman Qala divarları heç yadlarına düşməyən bəzi şəxslərin irad tutduğu kimi yox, yüngül metal konstruksiyalardan ibarət kafe-terraslar yığılır və abidəyə heç bir zərər yetirmir.
İnanmıram ki, bu absurd iradları səsləndirən insanlar indi də baxıb sakitləşsinlər, amma bir şey aydındır ki, “İçərişəhər” İdarəsi öz rəsmi mövqelərini həmin şəxslərdən fərqli olaraq yalnız düzgün faktlar əsasında bildirir, hansısa uydurmalar əsasında yox".