IV Buktreyler Festivalının qalibləri mükafatlandırıldı

IV Buktreyler Festivalının qalibləri mükafatlandırıldı

Beynəlxalq Muğam Mərkəzində IV Buktreyler Festivalı qaliblərinin mükafatlandırılması mərasimi keçirildi.

Olaylar.az bildirir ki, əvvəlcə tanınmış şəxslərin mütaliəyə çağırışlarının və ilk Buktreyler festivalı qaliblərinin işlərindən görüntülərin yer aldığı video-çarx nümayiş olundu.

Mərasimi çıxış sözü ilə açan kinoaktyor, prodüser, Buktreyler festivalının təsisçisi Ruslan Sabirli layihənin məqsəd və perspektivlərindən söz açdı. Bildirdi ki, festival Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Kitabı tanıdın, kitabla tanının!" devizi altında keçirilir. Buktreyler kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə yönələn, onun ən maraqlı məqamlarını özündə əks etdirən video-çarx və ya kitabın məzmunundan bəhs edən qısametrajlı filmlərdir.

Buktreylerin ədəbiyyat, kino, reklam və internet texnologiyalarını özündə cəmləşdirən incəsənət növü olduğunu diqqətə çatdırdan Ruslan Sabirli festivalın təşkilində göstərdiyi dəstəyə görə nazirliyə, Beynəlxalq Muğam Mərkəzi, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına və layihənin builki əsas tərəfdaşı "Azercell" şirkətinə təşəkkürünü bildirdi. Qeyd etdi ki, builki festivalın münsiflər heyətində Xalq artisti Əbdül Mahmudbəyov, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu, əməkdar artistlər Gülzar Qurbanova, Məlahət Abbasova, yazıçı-publisist Günel Anarqızı təmsil olunub.

Mədəniyyət Nazirliyinin Regional siyasət şöbəsinin müdiri Pərviz İsgəndərli layihənin əhəmiyyətindən bəhs etdi. Vurğuladı ki, layihə kitabın təbliği, mütaliəyə münasibətin yaradıcı formalarının inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafına xidmət edir.

Daha sonra qaliblər mükafatlandırıldı. Eybulla Ağadadaşov (buktreyler "Üçüncü addım. Rəqəmsal meşə", yazar - Qaraqan) I yerə, Ruslan Zeynalov ("Bakıdan sevgilərlə", Samid Ağayev), Rəşad Hüseynov ("Gəncsən? Başla!", Nadir Adilov) II yerə layiq görüldülər. Şövkət Məhərrəmova ("6:45 qatarı", Ramiz Rövşən) və Vüsal Həmdullayev ("Dünənəm! Bu günəm! Gələcəyəm mən!", Xəlil Rza Ulutürk) üçüncü yerin sahibi oldular. Bundan əlavə, "Tamaşaçı simpatiyası" nominasiyasında Gülşən Quliyeva ("Anamın portreti", Gülzar İbrahimova) və "Ən yaxşı mobil buktreyler" nominasiyasında Sadiq Fərzəlibəyli "On dördüncü adam", Elxan Elatlı) mükafatlandırıldı.

Tədbirin sonunda "Savalan" musiqi qrupunun ifasında konsert təqdim olundu.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Mədəniyyət xəbərləri
Azər Dadaşov adına IV Beynəlxalq müsabiqəyə yekun vurulub (+FOTOLAR)

Azər Dadaşov adına IV Beynəlxalq müsabiqəyə yekun vurulub (+FOTOLAR)

02-05-2019 12:38 - Azpress.az - Mədəniyyət
Dinləmələr iki yaş qrupu – kiçik (16 yaşadək) və böyük (16-25 yaş arası) yaş qrupları üzrə keçirilir.
Birinci turda müsabiqə iştirakçılarının çıxış proqramına İ.Bax, Y.Haydn, V.Motsart, L.Bethoven, F.Kulaunun əsərləri, həmçinin Azər Dadaşovun üç Sonatinası və onun “6 miniatür”, “6 prelüd”, “Atmacalar”, “Çiçəkçin” silsiləsindən fortepiano pyesləri daxil edilib.
İkinci turda F.Şubert, F.Şopen, R.Şuman, E.Qriq, A.Dvorjak, İ.Brams, S.Raxmaninovun əsərləri, həmçinin müsabiqənin zəruri hissəsi olan A.Dadaşovun üç kompozisiyası – “Baqatel”, “Məzəli rəqs” və “Həmd-Səna” səsləndirilib.
Üçüncü turda iştirakçıların seçimi ilə Azər Dadaşovun üç “Fortepiano üçün konsertlər”indən biri və ya bəstəkarın fortepiano və orkestr üçün “Poema” əsəri ifa edilib.
Laureatları müəyyən edən nüfuzlu münsiflər heyətinin tərkibinə SSRİ-nin və Azərbaycanın Xalq artisti, BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli (sədr), həmçinin Xalq artisti, BMA-nın prorektoru, professor Yeganə Axundova, respublikanın Əməkdar müəllimi, BMA-nın prorektoru, professor Nərminə Quliyeva, “İxtisas fortepiano” kafedrasının müdiri, BMA-nın professoru Nəzakət Rimazi, Xalq artisti, professor Azər Dadaşov daxil idi.
Birinci mükafata və I dərəcəli diploma Aysu Mustafazadə layiq görülüb (Astara şəhər Uşaq musiqi məktəbi, 13 yaş).
İkinci mükafat və II dərəcəli diplom dörd iştirakçıya təqdim edilib: İlknur Zeynalov (BMA nəzdində Məktəb-studiya, 10 yaş), Emil Rəhimov (34 nömrəli Uşaq musiqi məktəbi, 11 yaş), Humay Nəbiyeva (BMA nəzdində Məktəb-studiya, 16 yaş), Könül Məmmədova (Qazaxıstan, 24 yaş).
Üçüncü mükafata və II dərəcəli diploma Tomris Eyvazlı layiq görülüb (F.Əmirov adına 5 nömrəli İncəsənət məktəbi, 10 yaş).
Olaylar.az digər xəbərlər