“Jamanak”: Ermənistanın atom elektrik stansiyasında ixtisar dalğası

“Jamanak”: Ermənistanın atom elektrik stansiyasında ixtisar dalğası
Ordu.az xəbər verir ki, Ermənistanın “Jamanak” nəşrinin yaydığı məlumatda ştatların ixtisar edilməsi dalğasının Ermənistanın atom elektrik stansiyasına gəlib çatması bildirilir.

Nəşrin yaydığı məlumatda qeyd olunur ki, atom stansiyasında əsasən təqaüd yaşına çatan əməkdaşlar və müqavilə üzrə işləyənlər ixtisara salınır.

Hazırda ixtisara düşənlərin sayı 15-yə çatır. Lakin qarşıda daha geniş ixtisar dalğası gözlənilir, növbəti ixtisarlarla 350 əməkdaşın işini itirəcəyi vurğulanır.

Alpər Mövludoğlu

Siyasət xəbərləri
Ordu.az digər xəbərlər