Jiru “Çelsi”nin tarxinə adını yazdırdı

İngiltərənin “Çelsi” klubu Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyununda öz meydanında Praqa “Slaviya”sını 4:3 hesabıyla məğlub edib.
Sözügedən qarşılaşma “zadəganlar”ın futbolçusu Olivye Jiru üçün əlamətdar olub.
Fransız futbolçu bu görüşdə bir qol vuraraq, “Çelsi”nin bir mövsümdə avrokuboklarda ən çox qol vuran futbolçusu olub. 32 yaşlı forvardın hesabında hal-hazırda 10 qol var.
Qeyd edək ki, Jirudan əvvəl bu rekord Fernando Torresə aid idi. İspan hücumçu 2012-13 mövsümündə avrokuboklarda “Çelsi”də 9 qola imza atmışdı.(modern.az)
Açar sözlər
Fernando Torres
, Praqa