Jurnalistlər polis zorakılığını tənqid edib

Jurnalistlər polis zorakılığını tənqid edib

Fransada jurnalistlər ölkədə bir neçə aydır davam edən "sarı jiletlər"in aksiyaları zamanı polislərin güc tətbiq etməsini pisləyib. SİA-nın verdiyi xəbərə görə, "France Info" qəzetində yayımlanan açıq məktubda, polisin aksiyaları işıqlandırmaq istəyən jurnalistlərin işinə qəsdən müdaxilə etdiyi yazılır.

350 jurnalist tərəfindən imzalanan məktubda deyilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları media işçilərini təhqir və təhdid edir, onlara qarşı gözyaşardıcı qazdan istifadə edir, həmçinin kamera və fotoaparatlarını müsadirə edirdilər.

Qeyd edək ki, "Sərhədsiz reportyorlar" beynəlxalq təşkilatı Fransa Daxili İşlər Nazirliyini KİV nümayəndələrinə və mətbuat azadlığına hörmət göstərməyə çağırıb.

loading...

Hadisə xəbərləri
Sia.az digər xəbərlər