Juze Mourinyu - “Liverpul”dan belə qələbə gözləmirdim

Juze Mourinyu - “Liverpul”dan belə qələbə gözləmirdim

Yox, yox, mən “Liverpul”dan belə qələbə gözləmirdim. Mən yalnız demişdim ki, mümkün olmayan şey yoxdur.

Bunu portuqaliyalı “Çelsi” və “Mançester Yunayted”in sabiq məşqçisi Juze Mourinyu deyib.

O, “Barselona” üzərindəki 4:0 hesablı qələbədə “Liverpul”un almaniyalı baş məşqçisi Yürqen Klopu tərifləyib:

“Mən demişdim ki, əgər mümkün olacaqsa, “Enfild” mümkünsüzün mümkün olduğu yerdir. Ancaq qeyd etməliyəm ki, bu “kam bək” bir adla – Yürqenlə bağlıdır. Burda məsələ taktikada yox, fəlsəfədədir. Ürəkdəki xarakterdədir. Kollektiv daxilindəki mükəmməl münasibətlərdədir.

Bu möhtəşəm mövsümü heç nə qazanmadan tamamlamaq risk olardı. İndi isə onlar Çempionlar Liqasını qazanmağa bir addım da atdılar. Fikrimcə, Yürqen buna layiqdir”.

İdman xəbərləri
Faktor.az digər xəbərlər