Kamal Abdulla: "Pul mükafatını gənc yazıçılar arasında bölüşdürəcəm"

Kamal Abdulla: "Pul mükafatını gənc yazıçılar arasında bölüşdürəcəm"

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdulla Azərbaycan Yazıçılar Birliyi (AYB) tərəfindən layiq görüldüyü Mirzə Cəlil Məmmədquluzadə adına nəsr mükafatı zamanı aldığı pulu gənc yazıçılar arasında bölüşdürəcək.


Moderator.az xəbər verir ki, bu barədə “Report”a K.Abdulla özü məlumat verib.


O bildirib ki, layiq görüldüyü 2 min manatı Azərbaycanın 4 gənc yazıçısı arasında bölüşdürməyi düşünür: “İlk olaraq, məni bu mükafata layiq gördüyü üçün Anar müəllimə təşəkkürümü bildirirəm. Təbii ki, mən bu pulu özümə sərf etməyəcəm. Düşünürəm ki, bunu 4 gənc yazıçı arasında bölüşdürüm. Ona görə də, bununla bağlı Azərbaycan Yazıçılar Birliyinin katibliyinə müraciət etmişəm. Həmin pulu 4 yazıçı arasında bölüşdürəcəm”.


Qeyd edək ki, bir müddət əvvəl Prezident İlham Əliyev "Yaradıcılıq ittifaqları və birliklərinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında" imzaladığı sərəncamla Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Yazıçılar Birliyinə 800 min manat ayrılıb.


AYB-nin Katibliyi Prezident İlham Əliyevin ayırdığı məbləğ hesabına bir neçə müəllifi mükafatlandırıb. Belə ki, İmadəddin Nəsimi, Mirzə Cəlil Məmədquluzadə, Cəfər Cabbarlı və İsmayıl Şıxlının adlarına – hərəsi 2000 manat məbləğində olmaqla 12 mükafat təqdim olunub

Mədəniyyət xəbərləri
I-IV ixtisas qrupları üzrə müsabiqə şərtləri – DİM açıqladı

I-IV ixtisas qrupları üzrə müsabiqə şərtləri – DİM açıqladı

02-05-2019 12:27 - Axar.az - Mədəniyyət
Müsabiqədə iştirak etmək üçün abituriyentlərin nəticələri aşağıdakı tələbləri ödəməlidir:I ixtisas qrupu üzrə:- Müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır;- “Riyaziyyat”, “Fizika”, “Kompüter elmləri”, “Nəqliyyat tikintisi mühəndisliyi”, “İnşaat mühəndisliyi”, “İnformasiya texnologiyaları”, “Geologiya”, “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” ixtisasları üzrə müsabiqəyə ümumi balı 250-dən az olmayan abituriyentlər buraxılır;- Dövlət ali təhsil müəssisələrinin (“ADA” Universiteti, Birgə Azərbaycan-Fransız Universiteti (UFAZ), Bakı Mühəndislik Universiteti və Bakı Ali Neft Məktəbi istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə attestatında xarici dil fənni kimi ingilis dili göstərilən və qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;- Aşağıdakı cədvəldə qeyd olunan ixtisaslar və ali təhsil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanının ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:- Azərbaycan Dövlət Aqrar Universitetinin "Aqromühəndislik", "Balıqçılıq və balıqçılıq təsərrüfatı işi", "Meşəçilik", "Aqronomluq", "Zootexniklik", "Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi" ixtisasları və Naxçıvan Dövlət Universitetinin "Torpaqşünaslıq və aqrokimya" ixtisası üzrə ayrılmış yerlərinin müsabiqəsində ümumi balı 150-dən və imtahanının ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.
Moderator.az digər xəbərlər