Kamran Ağayev: "Nəticə pis və ya yaxşıdırsa, mənim də payım var"

Kamran Ağayev:  "Nəticə pis və ya yaxşıdırsa, mənim də payım var"

"Komandamızın sonuncu pillədə olması üzücüdür. Artıq zədə ilə bağlı kollektivdən bir az kənarda qalmışam. Əlimdəki zədəyə görə hər gün xəstəxanaya gedirəm. Hazırda əlim gipsdədir. Gipsin nə vaxt açılacağı bəlli deyil".


Moderator.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında "Keşlə"nin və Azərbaycan millisinin qapıçısı Kamran Ağayev komandasının və özünün hazırkı durumu ilə bağlı danışarkən deyib.


33 yaşlı qolkiper toparlandıqdan sonra kollektivə qoşulacağını və komandanın bir parçası olduğunu söyləyib: "Nəticə pis və ya yaxşıdırsa, orada mənim də payım var. "Keşlə"nin bu vəziyyətdə olmasına biz futbolçular da cavabdehik. İnanıram ki, zamanla hər şey düzələcək. Bu komanda ötən mövsüm ölkə kubokunu qazanıb. "Keşlə" sıradan bir klub deyil. Sadəcə, uğursuzluq var. Bu isə hər bir klubda baş verir, hamının qalxıb və enən vaxtları olur".


Təcrübəli oyunçu paytaxt təmsilçisinin baş məşqçisi Tərlan Əhmədovun istefasının qəbul olunmaması ilə bağlı xəbərləri mətbuatdan oxuduğunu bildirib: "Komandanın uğursuzluğunda hamımızın günahı var. Yəqin, nəsə düzgün getmir ki, uğursuzluq olur".


Ağayev Premyer Liqanın növbəti 5 turunda "Keşlə"nin "qara zolaq"dan çıxa biləcəyinə inandığını deyib: "Hər şey insanın öz əlindədir. Yalnız ölümə çarə yoxdur. İdmanda heç nə mümkünsüz deyil. Sadəcə, vuruşmaq və qələbə qazanmaq lazımdır".

Açar sözlər
Kamran Ağayev , Tərlan Əhmədov , Azərbaycan
İdman xəbərləri
AÇ: Azərbaycan güləşçiləri bir gümüş, iki bürünc medal qazanıblar - VİDEO - YENİLƏNİB-2

AÇ: Azərbaycan güləşçiləri bir gümüş, iki bürünc medal qazanıblar - VİDEO - YENİLƏNİB-2

13-04-2019 21:30 - Report.az - İdman
İkinci təsəlliverici görüşdə yerli idmançıyla qarşılaşan yığma üzvü hakimlərin qərəzli idarəçiliyi fonunda xalçadan məğlub ayrılıb.55 kqTəsnifat - Eldəniz Əzizli - Sebastyan Kolompar (SRB) 9:01/4 final - Eldəniz Əzizli - Nuqzari Tsurtsumia (GEO) 9:01/2 final - Eldəniz Əzizli - Vitaliy Kabaloev (RUS) 5:7Bürünc medal görüşü - Eldəniz Əzizli - Şerif Kılıc (TUR) 8:063 kqTəsnifat - Taleh Məmmədov - Donior İslamov (MDA) 8:31/4 final - Taleh Məmmədov - Mihay Radu Mihut (ROU) 8:71/2 final - Taleh Məmmədov - Stiq-Andre Berqe (NOR) 2:5Bürünc medal görüşü - Taleh Məmmədov - Slavik Qalstyan (ARM) - 6:277 kqTəsnifat - Elvin Mürsəliyev - Roland Şvarts (GER) 0:6Təsəlliverici görüş - Elvin Mürsəliyev - Arsen Culfalakyan (ARM) 1:287 kqTəsnifat - İslam Abbasov - Denis Kudla (GER) *1:11/8 final - İslam Abbasov - David Çakvetadze (RUS) 2:11/4 final - İslam Abbasov - Maksim Manukyan (ARM) 6:11/2 final - İslam Abbasov - Nikolay Stadub (BLR) 4:0FİNAL - İslam Abbasov - Jan Belenyuk (UKR)130 kqTəsnifat - Sabah Şəriəti - Stepan David (CZE) 7:11/8 final - Sabah Şəriəti - Rza Kayaalp (TUR) 0:5Təsəlliverici görüş - Sabah Şəriəti - Ante Milkoviç (CRO) 10:2Təsəlliverici görüş - Sabah Şəriəti - Alin Aleksuk Kiurariu (ROU) 0:2 ***14:56Azərbaycanın yunan-Roma güləşçisi Orxan Nuriyev Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında Ermənistan təmsilçisini məğlub edib.
Moderator.az digər xəbərlər