Salyan rayonu ərazisindəki kanalizasiya borularını kəsərək oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 19-da rayon ərazisindəki kanalizasiya borularından birinin 30 metrlik hissəsini kəsərək oğurlamaqda şübhəli bilinən Kürqaraqaşlı kənd sakini E.Nuriyev saxlanılıb.
Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.