Kapital Bankdan Cocuq Mərcanlıda keçirilən yarışa dəstək

Kapital Bankdan Cocuq Mərcanlıda keçirilən  yarışa dəstək

Kapital Bank, Cəbrayıl rayonunun işğaldan azad edilən Cocuq Mərcanlı kəndində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tərəfindən keçirilən “Qələbəyə doğru” kuboku uğrunda uşaqlar arasında intellektual oyununa dəstək göstərib.

Metbuat.az xəbər verir ki, tədbirdə AQUPDK sədrinin müavini Aynur Sofiyeva, Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, Kapital Bank-ın mətbuat katibi Pərviz Sədrəddinov və digər şəxslər iştirak edib. Tədbir iştirakçıları Horadiz şəhərində olan “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edərək, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Bilik yarışında Füzuli, Cəbrayıl, Tərtər, Ağdam, Kəlbəcər, Xocavənd, LaçınBeyləqan rayonlarının komandaları iştirak edib. Münsiflər heyətinin müşayiəti ilə keçirilən bilik yarışında uşaqların dünyagörüşü, Azərbaycanın mədəniyyəti, tarixi, ədəbiyyatı, həmçinin elmi nailiyyətlər və kəşflər sahəsində bilikləri müəyyənləşdirilib.

Birinci yeri Füzuli, ikinci yeri Kəlbəcər, üçüncü yeri isə Beyləqan rayonlarının komandaları tutublar. Tədbirdə qalib komandalara AQUPDK və Kapital Bank tərəfindən diplom və hədiyyələr verilib. Birinci yerin qalibi olan Füzuli rayonunun komandasına “Qələbəyə doğru” kuboku təqdim olunub.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Açar sözlər
Aynur Sofiyeva , Pərviz Sədrəddinov , Kapital Bank , Qadın Və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi , Cəbrayıl Rayon Icra Hakimiyyəti , Azərbaycan Xəbərləri Class , Tərtər Xəbərləri Class , Ağdam Xəbərləri Class , Beyləqan Xəbərləri Class , Kəlbəcər Xəbərləri Class , Azərbaycan , Laçın , Füzuli , Kəlbəcər , Ağdam , Beyləqan , Cəbrayıl , Tərtər , Xocavənd , Horadiz
İqtisadiyyat xəbərləri
Metbuat.az digər xəbərlər