"Karakasda baş tutan aksiyaları ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi maliyyələşdirir”

"Karakasda baş tutan aksiyaları ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi maliyyələşdirir”
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Venesuela prezidenti Nikolas Maduro ölkəsinin ABŞ təhdidləri qarşısında geri addım atmayacağını bəyan edib.

O bildirib ki, Venesuela hökuməti və ordusu xalqına xidmət edir.

“ABŞ ölkəmizdə xaos yaratmaq istəyir. Biz buna icazə verməyəcəyik. Karakasda baş tutan aksiyaları ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi maliyyələşdirir”, - deyə Maduro vurğulayıb.

Sevinc Əliyeva

Siyasət xəbərləri
Ordu.az digər xəbərlər