Karib dənizində gəmi aşdı, 22 nəfər itkindir

Venesuelanın Quiriya şəhərindən Trinidad və Tobaqoya yola düşən gəminin qəzaya düşməsi nəticəsində 22 nəfər itkin düşüb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, gəmi güclü külək səbəbindən aşıb. Göyərtəsində olan 24 nəfərdən ikisi xilas edilib.
Xilasedicilər digər sərnişinlərin axtarışını davam etdirir.