“Karikatura müsabiqəsi keçirilsin” – Ekspertdən maraqlı təklif...

“Karikatura müsabiqəsi keçirilsin” – Ekspertdən maraqlı təklif...

Eyyub Hüseynov: “Belə bir müsabiqə insanların maarifləndirilməsi baxımından faydalı olar”

AzərbaycanRespublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aprel ayı ərzində qida təhlükəsizliyiilə bağlı bir sıra marifləndirmə tədbirləri həyata keçirib ki, bunlardan biri də“Təhlükəsiz qida uşaqların gözü ilə” rəsm müsabiqəsidir.

İnsanları sağlam, təhlükəsizqidalara sövq etmək baxımından bu kimi addımlar nə kimi əhəmiyyət kəsb edir?Belə tədbirləin gələcəkdə də keçirilməsinə ehtiyac varmı?

Moderator.az-a açıqlamaverən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bu kimi tədbirlərinmühüm əhəmiyyətə malik olduğunu bildirib, habelə maraqlı təkliflə çıxış edib:

“Bu cür tədbirlərinkeçirilməsi olduqca əhəmiyyətlidir. Hətta AİB sizin saytınzı vasitəsi ilə təklifedir ki, bununla bağlı karikatura yarışının keçirlməsi də müsbət addım olar.

Belə maarifləndirici tədbirlərinsanların məlumatlanması baxımından çox önəmlidir. Qida təhlükəsizliyi bəlkə dəyeganə məsələdir ki, hər bir insanın həyatı ilə bağlıdır. Ölkə başçısınınbununla bağlı AQTA-nı yaratmasının özü də uğurlu bir addımdır. Yaxşı olardı ki,AQTA bu sahədə uzun müddət fəaliyyət göstərən ictimai təşkilatlarla da əməkdaşlıqetsin”.

Seymur ƏLİYEV

Mədəniyyət xəbərləri
Moderator.az digər xəbərlər