"Karyeramın ən yaxşı anını yaşayıram" - "Tottenhem"in qəhrəmanı

"Karyeramın ən yaxşı anını yaşayıram" - "Tottenhem"in qəhrəmanı

"Tottenhem"i bu gecə "Ayaks"a vurduğu 3 qolla Çempionlar Liqasının finalına çıxaran Lukas Moura açıqlama verib.

Milli.Az fanat..az-a istinadən xəbər verir ki, o, Amsterdamdakı 3:2 hesablı möhtəşəm geridönüşün ardından braziliyalı yarımmüdafiəçi UEFA-nın rəsmi saytına bunları deyib:

"Nə hiss etdiyimi izah etmək mümkün deyil. Çox xoşbəxtəm, komanda yoldaşlarımla qürur duyuram. "Tottenhem"də əslkomanda ruhu var. Biz bunun mümkünlüyünə inanırdıq. Bir ailəyik, hədəflərə doğru birlikdə, inana-inana irəliləməyi bacarırıq. Futbol bizə ağlagəlməz duyğular bəxş edir. Dillə demək çətindi... Mənə baxın, hazırda karyeramın ən yaxşı anını yaşayıram".

Milli.Az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

İdman xəbərləri
Metbuat.az digər xəbərlər