“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev: “Siyasətdə söyüş dili qəbulolunmazdır”

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev: “Siyasətdə söyüş dili qəbulolunmazdır”

“Azərbaycan cəmiyyəti xaricdəki “iaşə müxaifəti”nin söyüş dilini və anormal fəaliyyətini tənqid edir”. Bunu SİA-ya açıqlamasında “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev deyib. Onun sözlərinə görə, siyasi mübarizədə bu yoldan istifadə olunması yolverilməzdir: “Əslində özünün siyasi reputasiyasına hörmət edən istənilən siyasi qüvvə təmsilçisi bu yolu birmənalı şəkildə inkar etməlidir. Yəni siyasətdə söyüş dili qəbul oluna bilməz. Bu baxımdan, özünə hörmət edən siyasi qüvvə bu cür hallara dəstək verməməlidir. Əli Kərimli, Sevinc Osmanqızı və digərləri bu yolu qəbul edirlərsə, bu yolu seçənlərin səviyyəsinə enmiş olurlar. Arzu edərdim ki, Azərbaycanın heç bir siyasətçisi, heç bir jurnalisti bu yola baş vurmasın, bu yolu seçməsin və bu yolun yolçusu olmasın. “Söyüş müxalifəti” ilə bağlı müxtəlif fikirlər səsləndirilib, onların müxtəlif dairələrin əlində alət olduğu ilə bağlı fikirlər dilə gətirilib. Birmənalı şəkildə məlumdur ki, onlar kimlərsə tərəfindən idarə olunurlar. Özlərini ciddi siyasi qüvvə hesab edən, ciddi media təmsilçisi hesab edən şəxslərin də bu dəstəyə qoşulmaları və yaxud bu dəstəni dəstəkləmələri onların daxili aqressiyasından, uğur əldə etmək imkanların aşağı olmasından irəli gəlir. Yəni sivil yolla nəyə isə nail ola bilmədiklərindən öz aqressiyalarını bu yolla ifadə etməyə çalışırlar. Amma bu da heç bir halda hörmət gətirmir və onları daha da gözlədən salır”.

GÜLYANƏ

loading...

Siyasət xəbərləri
Sia.az digər xəbərlər