"Kazbekə şey basım zırranım"ı oxuyana Səyyad Əlizadədən SƏRT TƏPKİ — "Bu adam ailə tərbiyəsi görməyibmi?"

"Kazbekə şey basım zırranım"ı oxuyana Səyyad Əlizadədən SƏRT TƏPKİ — "Bu adam ailə tərbiyəsi görməyibmi?"

Tanınmış müğənni Səyyad Əlizadə təxminən iyirmi il öncə oxuduğu "Dolanım başına" mahnısının sözlərinin dəyişdirilərək oxunmasına münasibət bildirib.

Müğənni "Ölkə.Az"ın əməkdaşı ilə söhbətində sözügedən mahnının sözlərinin "Kazbekə şey basım zırranım" formasında ifa edilməsini tərbiyəsizlik adlandırıb:

"Bu məsələdən xəbərim yox idi, təşəkkür edirəm ki, məsələni mənim diqqətimə çatdırdınız. Başa düşmürəm, bu mahnını belə halan salan adam ailə tərbiyəsi görməyibmi? Mahnı illər öncə oxunub və xalq tərəfindən sevilib. Sən nə ixtiyarla mənim oxuduğum mahnını belə tərbiyəsiz sözlərə ortaya çıxarırsan? Sənin yiyən yoxdur?"

Əməkdaşımızın "məhkəməyə müraciət etmək fikriniz varmı" sualına Səyyad Əlizadə belə cavab verib:

"Heç mən o mahnını oxuyanı tanımıram. Bu adamın yiyəsi yoxdur ki, belə sözlərlə mahnı oxuyur. Əgər ortaya çıxsa, o adama sözümü deyərəm. Belə sözlərlə lazımsız şeyləri təbliğ edirlər. Hüquq-mühafizə orqanları belə adamlarla məşğul olmalıdır. Bunlar cəmiyyətin alaq otlarıdır, təmizləmək lazımdır. Belələri kökündən təmizlənməlidir. Musiqimizdə özbaşınlalıqdır, belələrinin qarşısı alınmalıdır".

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə yayılan və sözləri təhrif edilən mahnının musiqisi mərhum bəstəkar Natiq Şuşalıya aiddir.
DİN rəhbərliyinin tapşırığına əsasən bununla əlaqədar müvafiq tədbirlər həyata keçirilmişdir. Nəticədə dediyi meyxana ilə narkotiki təbliğ edənin Sumqayıt şəhər sakini “Vüqar Səda” ləqəbli Vüqar Abdullayev olması müəyyən edilib və o, Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində aparılmış şəxsi axtarış zamanı “Belamurkanal” papirosuna doldurulub və istifadə edilməsi üçün hazırlanmış marixuana aşkar edilib. Müəyyən olunub ki, V.Abdullayev narkotik istifadəçisidir. İlkin dindirmə zamanı o həmin videonun bir neçə il əvvəl çəkildiyini, bu hərəkətlərinə görə peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirib.

İntiqam VALEHOĞLU
Ölkə.Az

Mədəniyyət xəbərləri
Olke.az digər xəbərlər