Keçən il dünyada 12 milyon hektar meşə sahəsi məhv olub

Keçən il dünyada 12 milyon hektar meşə sahəsi məhv olub

Ötən il dünyanın tropik bölgələrində 12 milyon hektar meşə sahəsi məhv olub. Bu isə bir dəqiqədə otuz futbol sahəsi böyüklükdə ərazi deməkdir.

Bu barədə məlumat meşələrin vəziyyətinə dair məlumat verən "Beynəlxalq Meşə Monitorinqi" təşkilatının hesabatında yer alıb. Hesabatda bildirilir ki, meşələrin məhv olmasının başlıca səbəbləri ticarət və kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan şirkətlərdir. 2018-ci ildə təkcə Braziliyada 1,3 milyon hektar meşə sahəsi məhv olub. Meşələrin ən çox məhvə məruz qaldığı ölkələr Braziliya, Konqo, İndoneziya, Kolumbiya və Boliviyadır. İndoneziyada meşə sahəsi son illərdə qırx faiz azalıb.

loading...

Siyasət xəbərləri
Sia.az digər xəbərlər