Keçmiş məhkum qətlə yetirildi

Keçmiş məhkum qətlə yetirildi

Sumqayıt şəhərində qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, aprelin 24-də saat 21:00 radələrində Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə Kimyaçılar qəsəbə sakini, əvvəllər məhkum olunmuş Murad Məmmədovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölməsi barədə məlumat daxil olub. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən şəhər sakini S.Cəfərov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.

Hadisə xəbərləri
Olaylar.az digər xəbərlər