Keçmiş polis məhkəmə zalında həbs edildi

Keçmiş polis məhkəmə zalında həbs edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvət verməyə təhrik etmədə təqsirləndirilən keçmiş polislər - Əli Nəcəfov və Vüsal Əliyevə hökm oxunub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Azər Paşayevin icraatında olan prosesdə Əli Nəcəfov 7 il, Vüsal Əliyev isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı olmuş V.Əliyev məhkəmə zalında qandallanıb.

İttihama görə, Ə.Nəcəfov Nərimanov Rayon Polis İdarəsində işləyən zaman bir neçə vətəndaşdan pul alaraq onları Daxili İşlər Nazirliyində işə düzəldəcəyi vədini verib. V.Əliyev isə öz qohumundan onu işə düzəltmək adı ilə 9 min manat pul alaraq Ə.Nəcəfova verib. Daha sonra hər iki şəxs verdikləri vədlərə əməl etməyiblər.

Əli Nəcəfov ölkədən qaçdığı üçün "İnterpol" xətti ilə axtarışa verilib və Ukraynada saxlanılıb.

Murad Əhməd

Açar sözlər
Azər Paşayev , Vüsal Əliyev , Əli Nəcəfov , Daxili Işlər Nazirliyi , Bakı Ağır Cinayətlər Məhkəməsi , Sabunçu Rayon Polis Idarəsi , Nərimanov Rayon Polis Idarəsi , Ukrayna , Nəcəf
Hadisə xəbərləri
DİM: Martın 17-də 33054 şagird buraxılış imtahanı verəcək

DİM: Martın 17-də 33054 şagird buraxılış imtahanı verəcək

26-04-2019 09:55 - Milliyol.az - Hadisə
İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- imtahana buraxılış vərəqəsini;
- şəxsiyyəti təsdiq edən sənədin əslini:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər şəxsi pasportları və icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və.icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
IX sinif şagirdlərinin buraxılış imtahanlarının birinci mərhələsinin keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 111 imtahan mərkəzi ayrılıb.
Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq.
Qafqazinfo.az digər xəbərlər