Kəlbəcərin yeni görüntüləri yayıldı — VİDEO

Kəlbəcərin yeni görüntüləri yayıldı — VİDEO

Müvəqqəti işğal altında olan Kəlbəcər rayonunun yeni görüntüləri yayılıb.

7News.Az xəbər verir ki, İnstaqram sosial şəbəkəsində yayılan görüntünü ermənilər çəkib.


Video kadrlarda görünən ermənilər Kəlbəcəri turist kimi gəzirlər. Bu dəfə də erməni həyasızlığı özünü göstərir və işğal edilən Kəlbəcər dağlarını çəkən erməni təbiətin gözəlliyi qarşısında təəccübünü gizlədə bilmir. Bu isə bir daha ermənilərin Kəlbəcərə əvvəlcədən görmədiyini, ərazinin qədim Azərbaycan yurdu olduğunu, separatçılar tərəfindən işğala məruz qaldığını sübut edir.

Xatırladaq ki, Kəlbəcər 1993-cü il 2 aprel tarixində erməni separatçıları tərəfindən işğal olunub./ölkə

Hadisə xəbərləri
7news.az digər xəbərlər
“Yol Nişan” şirkətinin direktoru yol nişanlarını oğurladığına görə saxlanıldı

“Yol Nişan” şirkətinin direktoru yol nişanlarını oğurladığına görə saxlanıldı

09-05-2019 20:59 - 7news.az - Hadisə
Aprelin 28-nə keçən gecə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun hər iki istiqamətində quraşdırılmış yol nişanlarının oğurlanması barədə Baş Dövlət Yol Polisi İdarəsinə məlumat daxil olub.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən 7NEWS.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla qeyd olunan avtomobil yolunun 26-101-ci kilometrliyində - Şamaxı və əks istiqamətlərdə nəqliyyat vasitələrinin təhlükəsiz və nizamlı hərəkətini təmin etmək, habelə yol hərəkəti iştirakçılarını məlumatlandırmaq məqsədilə quraşdırılmış 59 ədəd yol nişanları və göstəricilərinin gizli yolla talandığı məlum olub.


Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.


Baş İstintaq və Təhqiqat İdarəsi və Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının birgə keçirdikləri istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, "Yol Nişan” MMC-nin direktoruŞamxal QurbanovtanışlarıBəxtiyar Umudov, Elşad MənəfovvəElgün Salahovlaqabaqcadan əlbir olaraq aprelin 27-dən 28-nə keçən gecə sözügedən magistral yolun qeyd olunan hissəsində quraşdırılmış yol nişanları və göstəricilərini oğurlayaraq "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə, ümumilikdə, 6,4 min manata yaxın maddi ziyan vurublar.


Mayın 8-də adları çəkilən şəxslər polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulub, oğurlanmış yol nişanları və göstəricilər aşkar olunaraq maddi sübut kimi götürülüb.


Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.