Keremlə Serenay niyə ayrılıb?

Keremlə Serenay niyə ayrılıb?

Türkiyənin məşhur cütlüyü - aktrisa Serenay Sarıkaya və aktyor Kerem Bürsinin ayrılıq xəbəri gündəmi zəbt edib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, üç ildir ki, eşq yaşayan cütlüyün münasibətə son qoyma səbəbi də açıqlanıb.

Serenay və Keremin dostları KİV-lərə açıqlamasında cütlük arasında soyuqluğun yarandığını, artıq həyəcanın qalmadığını qeyd ediblər.

Bundan əlavə, tez-tez ayrılıb-barışan məşhurlar bu dəfə məlumatı təsdiq ediblər. Hətta Serenay ötən gün qatıldığı tədbirdə ayrılıq xəbərlərinin doğru olduğunu desə də, mövzu barədə çox danışmaq istəmədiyini vurğulayıb.

Milli.Az

Mədəniyyət xəbərləri
Milli.az digər xəbərlər