Kərim Vəliyev: “Azərbaycan Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında iştirakına böyük əhəmiyyət verir”

Kərim Vəliyev:  “Azərbaycan Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında iştirakına böyük əhəmiyyət verir”

Azərbaycan Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında iştirakına böyük əhəmiyyət verir”.

Metbuat.az xəbər verir ki, bunu “Report”un Rusiya bürosuna açıqlamasında Azərbaycan Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan sülh və təhlükəsizliyə hər zaman töhfə vermiş və bu gün də töhfə verməyə davam edən bir ölkə kimi beynəlxalq təhlükəsizliyə baxışların formalaşdırılmasında müstəsna əhəmiyyət kəsb edən problemləri gündəliyinə çıxaran VIII Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında öz iştirakını vacib hesab edir.

“Bu konfransın aktuallığı ondan ibarətdir ki, burada hər il qlobal və regional təhlükəsizliyin əsas problemləri nəzərdən keçirilir və müzakirə olunur, real və yeni yaranan təhdid və risklərin aradan qaldırılması yolları və istiqamətləri müəyyən edilir, habelə digər vacib məsələlərə dair təcrübə və fikir mübadilələri aparılır.

Forum çərçivəsində keçirilən görüşlər zamanı fikir mübadiləsi apararaq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində yaranmış real vəziyyət haqqında məlumatı iştirakçıların nəzərinə çatdırmaq, həmçinin ictimaiyyətinin diqqətini həll olunmaması səbəbindən Azərbaycan və bütövlükdə Cənubi Qafqazın təhlükəsizliyinə əsas təhdid təşkil edən bu münaqişəyə qarşı beynəlxalq təşkilatlar tərəfindən tətbiq olunan ikili standartlara yönəltmək imkanı yaranır”, - general-leytenant bildirib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Açar sözlər
Kərim Vəliyev , Rusiya Xəbərləri Class , Azərbaycan Xəbərləri Class , Ermənistan Xəbərləri Class , Azərbaycan , Qarabağ , Moskva , Rusiya , Ermənistan
Siyasət xəbərləri
Eldar Əzizovdan rüşvət xəbərdarlığı: “Ən vacibi təmiz əldir...”

Eldar Əzizovdan rüşvət xəbərdarlığı: “Ən vacibi təmiz əldir...”

24-04-2019 16:25 - Yenisabah.az - Siyasət
Bakı Şəhər İcra Hakimiyyətində aparatın və struktura daxil təsərrüfat xidmətlərinin rəhbərlərinin iştirakı ilə iş forma və metodlarına, eləcə də neqativ hallar və korrupsiyaya ilə mübarizə məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib.  “Yeni Sabah” xəbər verir ki, müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov prezident İlham Əliyevin dövlət qulluqçuları qarşısında qoyduğu tələblərə toxunaraq bildirib ki, hər bir rəhbər işçi öz fəaliyyətində şəffaflıqla çalışmalı, hər hansı korrupsiya hallarına və pozuntulara yol verməməli, dövlət büdcəsindən səmərəli, düzgün  istifadə etməli, ən vacibi isə  bütün işlərini “təmiz əllərlə” görməlidir. İcra hakimiyyətinin başçısı hələ də bəzi neqativ halların mövcud olduğunu qeyd edib, belə hallara qarşı ciddi mübarizə aparılacağını və aşkarlanan faktlar barədə hüququ mühafizə orqanlarına müraciət ediləcəyini bildirib. Struktura daxil olan xidmətlərin işlərindən danışan Eldar Əzizov qeyd edib ki, ölkə başçısının Bakı şəhərinin lift təsərrüfatının yenilənməsi ilə bağlı müvafiq sərəncamının icrası məqsədi ilə Almaniya Federativ Respublikasının Wittur Holding GMBH şirkəti ilə müqavilə imzalanmasına hazırlıq gedir.
Metbuat.az digər xəbərlər