Kevin Maqnussen: “Bakıda yarışmaq həyəcanvericidir”

Kevin Maqnussen: “Bakıda yarışmaq həyəcanvericidir”

“Bakıda yarışmaq həyəcanvericidir”. SİA-nın məlumatına görə, bunu 2019 Formula 1 SOCAR Azərbaycan Qran Prisində mübarizə aparacaq “Haas” komandasının pilotu Kevin Maqnussen deyib.

O qeyd edib ki, Bakı treki haqqında fikirlərini bildrib: "İndiyədək burada yarış zamanı çoxlu dramaya, təhlükəsizlik maşınının dəfələrlə trekə daxil olmasına və bunun kimi digər xüsusi məqamlara şahid olmuşuq. Görək, bu il necə olacaq. Bu il hamı ehtiyatla yanaşır. Bakı trası zövqverici trekdir. Burada sürmək əyləncəlidir və əlbəttə ki, yarışmaq və ötmələr etmək baxımından geniş fürsətlərə sahib oluruq. Həqiqətən, Bakı yarışmaq üçün yaxşı məkandır”.

loading...

İdman xəbərləri
Sia.az digər xəbərlər