“Keyfiyyətsiz əsərlə keyfiyyətli tamaşa hazırlamaq mümkün deyil”

Qarşıdan Martsoyqırımının ildönümü gəlir. Istər Xocalı, istərsə də Mart soyqırımı kimiolaylarla bağlı tamaşaların, filmlərin hazırlanmasına ehtiyac varmı? Teatr vəkino sahəsində bu məsələ ilə bağlı müşahdiə edilən boşluqların arxasında hansıamillər dayanır?
Moderator.az-a açıqlamaverən xalq artisti Valeh Kərimov bu cür film və tamaşalara ciddi ehtiyacolduğunu vurğulasa da, bu sadəcə müəyyən boşluqların, problemlərin olduğunu təsdiqlədi.Xalq artistinin sözlərinə görə, buna səbəb məlum hadisələrlə bağlı ciddissenarilərin, əsərlərin yazılmamasıdır:
“Təbii ki, bu faciələrinteatr tamaşalarında, filmlərdə öz əksini tapması çox arzuedilən olar. Ancaq məsələbundadır ki, indi bu cür əsərləri yazan yoxdur. Bunu yazan dramaturq, poemayazan şair, roman yazan yazıçı yoxdur. Gərək bu əsər yazılı formada teatr gəlsin ki, teatr da bunu hazırlasın. Indi onlaryoxdur. Hamı şou ilə, oxumaqla, oynamaqla məşğuldur. Indi ciddi məsələlərə heçkim önəm vermir. Teatrlar da pis vəziyyətdə qalıb. Teatrlar bu cür tamaşalarhazırlamaq istəyir, lakin bunun üçün gərəkli materiala malik deyillər”.
V.Kərimov qeyd edib ki, yüksəkpeşəkarlıqla, lazımi keyfiyyətlə yazılmayan əsər əsasında ciddi tamaşa və yafilm ortaya qoymaq mümkün deyil:
“Təsəvvür edin ki, bir dərziyəkostyum üçün yararsız olan bir parça verirsiniz və ona deyirsiniz ki, kostyumtik. O isə bildirir ki, bu, kostyuma yarayan parça deyil. Bunun üçün normal,keyfiyyətli parça olmalıdır. Yüngül şeirlərlə nə qədər səhnə, səhnəcikhazırlamaq olar? Gərək dramatik bir əsər olsun”.
Xalq artisti hesab edirki, xarici ölkələrin müharibə, qəhrəmanlıqlabağlı filmlərinin baxımlı alınmasına səbəb bu əsərlərin yüksək səviyyədəyazılması ilə bağlıdır:
“Bz niyə müharibəmövzusunda xarici ölkələrin filmlərinə baxanda ekran qarşısından çəkiləbilmirik? Çünki o filmlər ciddi material əsasında hazırlanıb. Bizdə isə buyoxdur. Odur ki, mən mövcud vəziyyətin günahını yazıçılarda görürəm. Birinci ortadassenari olmaldıır. Ssenari olmalıdır ki, teatr və kino ondan bəhrələnsin, istifadəetsin”.
Seymur ƏLİYEV