Kılıçdaroğluna yumruq zərbəsi endirən AKP-li həbsdən buraxıldı –CHP liderindən sərt etiraz

Kılıçdaroğluna yumruq zərbəsi endirən AKP-li həbsdən buraxıldı –CHP liderindən sərt etiraz

CHP lideri Kamal Kılıçdaroğluna şəhid dəfnində yumruq zərbəsi endirən AKP-li Osman Sarıgün bu gün həbsdən buraxılıb.

Strateq.az xəbər verir ki, prokurorluğun bu addımı CHP düşərgəsində sərt etirazla qarşılanıb.

Məsələyə münasibət bildirən Kılıçdaroğlu Sarıgünün həbsdən azad edilməsini AKP-nin basqısı ilə əlaqələndirib: “Əgər siyasi basqı olmasaydı, belə bir mənzərə ortaya çıxmazdı”.

CHP lideri bildirib ki, ona edilən hücum bağışlanmaz məsələdir: “Mənə edilən hücum, daha dəqiqi, linç cəhdi əfv ediləcək olay deyildi. Ancaq hər şeyə rəğmən, səbrli olmalı, hislərimizi qorumalıyıq”.

Siyasət xəbərləri
Strateq.az digər xəbərlər
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib:10 MEDİA VASİTƏSİNƏ XƏBƏRDARLIQ EDİLDİ - FOTOLAR

Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib:10 MEDİA VASİTƏSİNƏ XƏBƏRDARLIQ EDİLDİ - FOTOLAR

24-04-2019 18:25 - Strateq.az - Siyasət
yerlərdə səyyar satışın (əldə yayımın) bərpasını, iri market şəbəkələrində qəzet satışının təşkilini, Bakı Dəmiryol Vağzalında, Heydər Əliyev Hava Limanında, Bakı Beynəlxalq Avtovağzalında və digər bu kimi yerlərdə qəzet satışının bərpasını və təkmilləşdirilməsini, qəzet köşkləri üzrə icarə haqqı məsələsinin bazar qiymətlərinə və real imkanlara uyğun tənzimlənməsini, yayım firmaları üzərində köşklərdə çalışan işçiləri üçün təlimlərin təşkili öhdəliyinin müəyyənləşdirilməsini, həmçinin yayım firmalarının redaksiyalarla bağladıqları müqavilələrin vahid formasının hazırlanmasını və müqavilələrin bazar şərtlərinə uyğunlaşdırılmasını, səyyar qəzet satıcıları üçün vahid qaydaların və geyimin müəyyənləşdirilməsini, səyyar qəzet satıcılarının vergi ödəyicisi kimi qanunvericilikdə müəyyən olunmuş əlverişli qeydiyyatının həyata keçirilməsinin təmin olunmasını, onların sabit vergiyə cəlb edilmə istiqamətində işlərin aparılmasının zəruriliyinin vurğulanmasını göstərmək mümkündür. Müzakirələrdən sonra “Azedu.az”, “Yenixeber.org”, “Baku News” (baku.news), “42-ci paralel.az”, “Sozcu.info”, “Denizxeber.az” xəbər portalları, “Region mediası” qəzeti, “Ustad” dərgisi, “Loqos”, “Düyməcik”, “Elmi iş” jurnalları, “ONN media” (onn.az) və “Elit” İnformasiya Agentlikləri Şuraya üzv qəbul ediliblər.