KİM ÇEN IN 4 DİPLOMATI SIRAYA DÜZDÜRÜB GÜLLƏLƏTDİRDİ –Trampa görə...


KİM ÇEN IN 4 DİPLOMATI SIRAYA DÜZDÜRÜB GÜLLƏLƏTDİRDİ –Trampa görə...

Şimali Koreya (KXDR) lideri Kim Çen İn bu ilin fevral ayında Vyetnamın paytaxtı Hanoyda ABŞ prezidenti Donald Trampla ikigünlük görüşünün uğursuzluqla bitməsinə görə 4 diplomatı güllələtdirib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu sensasion məlumatı Yaponiyanın “Asia Press” qəzeti yayıb.

Məlumatda qeyd edilir ki, Kim Çen In həmin diplomatları Trampla görüşdən əvvəl ABŞ tərəfinə gizli məlumatları sızdırmaqda ittiham edib: “Beləliklə, Kim Çen In Trampla ikigünlük sammit çərçivəsində apardığı danışıqların uğursuzluqla nəticələnməsində həmin 4 diplomatı cavabdeh sayıb. Bu səbəbdən onları sıraya düzdürərək, güllələtdirib. Güllələnmə Kommunist Partiyası rəhbərliyi ilə yüksək çinli hərbçilərin gözlərinin qarşısında hərbi manqa tərəfindən gerçəkləşdirilib”.

Bu sensasion məlumat dünya mətbuatında böyük müzakirəyə səbəb olsa da, Şimalı Koreya hər hansı bir açıqlama verməyib.

Xatırladaq ki, fevralın 27 və 28-də Hanoyda keçirilən sammitdə Tramp Kim Çen İni dostu adlandırıb, Şimali Koreyanın tezliklə inkişaf edəcəyinə ümidvar olduğunu desə də, tərəflər bir çox həssas məsələlərdə razılığa gələ bilməyib.

Halbuki Ağ Ev ikilinin bu görüşünün sonunda saziş imzalanacağını bəyan etmişdi. Hətta tərəflər arasında sazişin imzalanması sammitin proqramında da nəzərdə tutulmuşdu.

Onu da qeyd edək ki, Hanoy sammiti ilə bağlı ən böyük gözlənti Koreya yarımadasının nüvəsizləşdirilməsi – Şimali Koreyanın nüvə silahından imtinası istiqamətində irəliləyişə nail olmaq idi. Buna baxmayaraq, Tramp və Kim Çen arasında danışıqlar gözlənildiyindən tez başa çatmış, liderlər işgüzar nahara belə qatılmamışdılar.

Açar sözlər
Donald Tramp , Çen In , Kommunist Partiyası , Abş , Yaponiya , Koreya , Vyetnam , Hanoy
Siyasət xəbərləri
Strateq.az digər xəbərlər