Kim Çen In gələn həftə Rusiyaya rəsmi səfər edə bilər

Kim Çen In gələn həftə Rusiyaya rəsmi səfər edə bilər

Şimali Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In gələn həftə Rusiyaya rəsmi səfər edə bilər.

Bu barədə “Yonhap” agentliyi Moskvadakı mənbələrə istinadən məlumat yayıb.


Bildirilir ki, Rusiya-Şimali Koreya sammiti Vladivostok şəhərində baş tuta bilər.

Məlumata görə, Rusiya prezidenti Vladimir Putin aprelin 26-27-də Çində “Bir kəmər-bir yol” forumunda iştirak edəcək. Agentliyin mənbəsi hesab edir ki, V.Putinin Kim Çen Inla görüşü forumdan bir-iki gün öncə və ya sonra keçiriləcək.(ONA )

Siyasət xəbərləri
Moderator.az digər xəbərlər