Kim Çen In yenə raket atdı

Kim Çen In yenə raket atdı

Aprelin 17-də KXDR az hündürlükdə uçan yeni taktiki idarəolunan raket sistemlərinin sınağını keçirib.

Xeberle.comRusiya KİV-nə istinadənxəbər verir ki, bu barədə məlumatı Cənubi Koreyanın hərbi ekspertləri açıqlayıb. "Şimali Koreya 20 kilometr məsafəyə uça bilən "səth-səth” sinif, yaxud taktiki qanadlı raketləri sınaqdan keçirə bilərdi”, - deyə ekspertlər bildirib. Onların məlumatına əsasən, KXDR-də həyata keçirilən bütün raket sınaqları Silahlı Qüvvələrin Şimal komandanlığının aşkarlama sistemləri tərəfindən izlənilir. Aprelin 17-də isə elektron qurğular raket startını qeydə almayıb, bu da onların az hündürlükdə və qısa məsafəyə uçması ilə izah oluna bilər.

Koreya Mərkəzi Teleqraf Agentliyi isə öz növbəsində ölkə lideri Kim Çen Inın yeni tip taktiki idarəolunan silahların sınaqlarında iştirak etdiyi barədə məlumat yayıb, lakin söhbətin hansı silahdan getdiyini bildirməyib.


Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

PAYLAŞ

Siyasət xəbərləri
Xeberle.com digər xəbərlər