Kim Çen Indan Putinə maraqlı hədiyyə

Kim Çen Indan Putinə maraqlı hədiyyə

Putin hədiyyəyə görə Kim Çen Ina təşəkkür edib və cavab olaq ona sikkə hədiyyə edib

BAKI, 25 aprel — Sputnik. Şimali Koreya lideri Kim Çen In Rusiya Prezidenti Vladimir Putinə "gücü təcəssüm edən" qılınc hədiyyə edib. Bu barədə Sputnik Azərbaycan RT-yə istinadən xəbər verir.

Telekanalın məlumatına görə, Kim Çen In Putinə hədiyyəni Vladivostokda baş tutan görüşdən sonra təqdim edib. Şimali Koreya lideri bəyan edib ki, bu qılınc Şimali Koreya Demokratik Respublikasının xalqının gücünü və ruhunu təcəssüm edir.

Putin hədiyyəyə görə Kim Çen Ina təşəkkür edib və cavab olaq ona sikkə hədiyyə edib. Liderlərin görüşü Uzaq Şərq Universitetinin Russkiy adasında olan kampusunda baş tutub.

İki saat təkbətək baş tutan görüş daha sonra hər iki ölkədən olan nümayəndə heyətinin iştirakı ilə geniştərkibli formatda keçirilib.

Açar sözlər
Çen In , Vladimir Putin , Uzaq Şərq Universiteti , Azərbaycan , Rusiya , Koreya , Vladivostok
Siyasət xəbərləri
Sputnik.az digər xəbərlər