Kimdir müqəssir? Mənmi, ...yoxsa ...

Kimdir müqəssir? Mənmi, ...yoxsa ...

Bakıya təzə ayaq açanda balaca xotma kimi, üstü qırlı, yerdən tikilmiş birmərtəbəli,dar küçələri olan şəhərin nəyinə valeh olduğumuzun fərqində deyildik. Sadəcə bir məsələ qarşımızda dayanmışdı. Bakıya getmək, təhsil almaq, Bakının küçələrində şəkillər çəkdirmək və orada da qalıb yaşamaq. Əgər buna yaşamaq demək olardısa. Mənim yaşadığım kəndin villaları yanında bu küçələrdəki evlər nə qədər çılız göründüyünü mən indi anlamağa çalışıram. Dədəmin ikimərtəbəli, tək bir otağıdakı kvadrata sığışdırılan bina evlərinə həsəd aparmağımızın faciəsini indi anlamağa çalışıram. Biz “aynən” villalarda yaşamışıq, lakin bunun fərqinə varmamışıq. Bakının dar küçələrində maşın siqnallarından diksinən insanlar, yay boyu kölgə axtamaq kimi divarlar dibində çömələn əhalini görəndə dədəmin villası yadıma düşür.İndi bir sürü kəndini buraxıb o gözəlliyə sosial şəbəkələrdən “komet”lər yağdıran əhli- kəndimiz Bakının dar döngələrində çay pulu, çorək pulu uğrunda savaşır. Bəli,bu belədir.Bu qəribə pul savaşının bir saniyəsində belə öz obasını, elini unutmayan kəslər var. Həmdə dədələrinin villalarının həsrətindədirlər. Yadımdadır evimizin 2- ci mərtəbəsi təzəcə bitmişdi. Yayın istisində köçəri quşlar damın kırışasında çivildəşirdi. Biz isə yayda bizə qonaq gələn əmim uşaqları ilə bu quşların ovuna çıxırdıq. O zaman evimizin 2-ci mərtəbəsindən aşağı yıxılmışdım. Bir neçə saat huşsuz qaldıqdan sonra gözümü açanda başımın üstündə kənd camaatının evimizə yığıldığını gördüm. Hamı pərişan halda idi. Amma qabağımda bir kasa bal, qaymaq və cürbə-cür şokaladlar var idi. Biz o cəmiyyətdə bal, qaymaq içində yaşayırdıq. Sinif müəllimimin mənim yanıma gəldiyi, hətta əlindəki şokalad karobkasının rənginə qədər yadımda olduğunu deyirəm. Və sadəcə anlatmağa çalışıram ki, mənim villalı kəndimin cəmiyyəti indi bu asfalt küçələrin cəmiyyətinə qarşışıb və hər gün övladlarının bu asfalt örtüyündə gizlənən təhlükəli addımlarına qulaq asır.


İndi kimsə balaca Elenanın özünü məktəb binasından aşağı atıb intihar etməsi hadisəsini üstlənmir, üzücü də olsa bizim cəmiyyətin faciəsi olduğunu yazmır və yazmağa ürək etmir.Gözlüyürük ki, görək ki, daha harda buna bənzər hadisələr olacaq, günah keçisi axtaraq, yazaq, pozaq,ittihamlar yağdıraq və sonra yeni faciələrimizi gözlüyək. Çünki hər şeyin başında biz dururuq,yaxşı əməlində,pis əməlində. Deməyə dilimiz gəlmir ki,onu biz yetişdirdik, biz də o uşağı intihar mərtəbəsinə gətirdik. Müqəssir axtarırıq-direktor, psixoloq hətta bir az da irəli gedib naziri də günahlandırırıq. Sanki təhsil naziri hər gün gəlib bizim korlaşmağa iri addımlarla yürütdüyümüz cəmiyyətə dur deməli, qabağna sipər çəkməli imiş.Televiziyalara ayaq açmış saçı “fironlu oğlanlara” , övladına smart telefon alıb verən valideyinlərə, rayondan sosial şəbəkələrin sehrinə düşüb qaçan məktəblilərə nazir neynəməlidir? Siz deyin?Əcəb məntiqdi. Telefonu əlinə verib müəllimi videoya çəkib məsxərəyə qoyanda belədə olmalı idi.Mən çox şey yaza bilərəm.Amma mənim müəlimlərimin adı gələndə çöhrəm gülümsər.O şillərin səsi ana laylası imiş bizim üçün.İndi biri direktoru döyür,biri söyür biri isə təhqir edir.Al, bu da sənə cəmiyyət!.İndi ucundan tut görüm necə tutursan. Sadəcə bizdə bu burulğanın qurbanı olacağımız günü gözləyirik. Bizim kənddə hamının villası var.Amma o kəndin villalarında kimsə yoxdu.Necə ki, Bakının bahalı bağlarında tikilən və boş və yiyəsiz qalacaq villalar kimi...


Şəfayət Avılbəyli

Mədəniyyət xəbərləri
Moderator.az digər xəbərlər